11 ci sinif şagirdini öldürən məktəbliyə hökm oxundu
Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
Gəncədə orta məktəbin qarşısında şagirdi qətlə yetirən yeniyetməyə hökm oxunub.
"AzPolitika" Oxu.Az-a istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Fərid Şabanovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə F.Şabanov 10 il azadlıqdan məhrum edilib.
İttihama görə, Fərid Şabanov 2024-cü il yanvarın 23-də oxuduğu Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin qarşısında həmin təhsil müəssisəsinin şagirdi olan Raul Rəhimovla mübahisə edib. Mübahisə davaya çevrilib və F.Şabanov üzərində gəzdirdiyi "beşbarmaq" və bıçaqla R.Rəhimova zərbələr endirib. Xəstəxanaya yerləşdirilən R.Rəhimov orada ölüb.
R.Rəhimov Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə F.Şabanov saxlanılaraq istintaqa təhvil verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 29 İyun 2026 10:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















