15 saat təcili yardım gözlədi, xəstəxananın yaxınlığında öldü
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Şotlandiyanın Qlazqo şəhərində 81 yaşlı Canet Viqfild təcili yardım briqadasının çağırışa vaxtında gəlməməsi nəticəsində həyatını itirib.
Bakıvaxtı.az xəbər verir ki, “The Scottish Sun” qəzetinin məlumatına görə, Alzheimer xəstəliyindən əziyyət çəkən qadın noyabrın 7-də evində yıxılıb. Onun 83 yaşlı həyat yoldaşı Aleksandr dərhal 999 xidmətinə zəng etsə də, hadisə yerinə təcili yardım göndərilməyib.
Ailənin yaşadığı mənzil şəhərin Kral Xəstəxanasından cəmi beş dəqiqəlik məsafədə yerləşsə də, qadına tibbi yardım göstərilməyib. Yalnız ertəsi gün səhər ərinin ikinci dəfə zəng etməsindən sonra təcili yardım briqadası göndərilib.
Lakin bu zaman artıq gec olub. Canet vanna otağının döşəməsində, ərinin onu həyata qaytarmaq cəhdlərinə baxmayaraq, dünyasını dəyişib.
Aleksandr hadisəni dəhşətli və travmatik adlandıraraq, ilk çağırışdan sonra təcili yardım gəlsəydi, həyat yoldaşının xilas edilə biləcəyinə inandığını bildirib.
O, Şotlandiyanın Birinci naziri Con Svinni və hökuməti tənqid edərək, səhiyyə sistemindəki gecikmələrlə bağlı cavab tələb edib.
Murad İsmayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 24 Noyabr 2026 09:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















