Icma.az
close
up
RU
Uğur düşmənləri və siyasi anlayışı olmayanların kiçik oyunları

Uğur düşmənləri və siyasi anlayışı olmayanların kiçik oyunları

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


Müasir siyasətdə uğur anlayışı təkcə fərdi nailiyyət deyil, həm də dövlətin inkişaf göstəricisinə təsir edən ümumi nailiyyətdir. Lakin bəzi siyasətçilər üçün başqalarının uğuru, xüsusən hakimiyyətin və xalq tərəfindən dəstəklənən, etimad göstərilən liderin qələbələri və nailiyyətləri, özlərinə təhdid kimi qəbul olunur. Özlərini təhdid kimi qəbul etmə sindromuna “uğur düşmənçiliyi sindromu” deyilir. Bu sindromdan əziyyət çəkənlər çox uğurdan qorxan, uğur fobiyası altında həyatlarını sürən şəxslərdir. Bundan əlavə, psixoloji rəqabət və özünü təsdiq ehtiyacı yaranır. Belə insanlarda başqalarının yüksəlişi onların öz alçalması və nüfuzunun azalması kimi qəbul edilir. Bu səbəbdən belə şəxslər dövlətin uğurunu ümumi dəyər kimi qiymətləndirmir, onu özlərinə təhlükə kimi qələmə verirlər. Bu düşüncə isə siyasi davranışa aqressiya, tənqid və sabotaj kimi əks olunur. Bu yanaşmanın ağır nəticələri olur, çünki bu yanaşma və siyasi davranış qaydaları cəmiyyətdə təzyiq altında olan insanları cinayət törətməyə sövq edə bilər.
Cinayət törədildikdən sonra cəza qaçılmazdır və bu, ailələrin həyatında mənfi izlər qoyur. Belə hallar müzakirələrə səbəb olur, əslində bu müzakirələr lazımsızdır. Qarşısını almağı mümkün olan hər hansı neqativ və mənfi hadisənin yəni cinayətin və dövlətin ümumi maraqlarına xələl gətirəcək halların baş verməsinə şərait yaradanlar məsuliyyət daşımalıdırlar.
Siz artıq siyasi davranış modelinizi dəyişməlisiniz. Dəyişmirsinizsə, ətrafınızdakı, sizə inanan insanların taleyi ilə oynamaq bu mənəvi cinayətdir. Sizin məqsədiniz xalqla dövlət arasında etimad körpüsünə zərbə vurmaqdır və ya dövlətin güclənməsini istəməyən xarici təsirlərə ideoloji bağlılığınız var. Siz bunları bacarmayacaqsınız. Keçmişdəki uğursuzluğunuzu aqressiyaya, düşmənçiliyə çevirib itirilmiş mövqelərinizin intiqamı və qisası dalınca qaçmayın. Bəsdirin bu mənəvi cinayətləri elədiniz.
Ona görə bu gün biz ictimai nəzarəti və məsuliyyət mexanizmlərini gücləndirməliyik. Dövlət qurumlarının ümumi nəzarəti daha da sərtləşdirilməlidir. Çünki biz bu gün üçün deyil, sabah üçün yaşamırıq gələcək nəsillər üçün şərəfli və qüdrətli dövlət əmanəti qoyub getməliyik. Bunun üçün sistemli, fundamental və güclü bir strategiyanı mümkün qədər qısa müddətdə hazırlayıb həyata keçirməliyik. Bunu başa çatdırmaq üçün hamılıqla doğruluğun, ədalətin, müdrikliyin və həmrəyliyin yanında İlham Əliyevin ətrafında birləşib öz müqəddəs məqsədlərimizə nail olmalıyıq.
Cəmiyyətin və dövlətin hüquqi əsaslarını təşkil edən normalar var, konstitusiyamız mövcuddur. Uzun illərin siyasi planlaması ilə bu gün şüur və iradəyə malik, böyük bir siyasi sistemə daxil olan birləşmiş bir xalqın mövqeyi ortadadır. Bu mövqe ümumi maraqlar əsasında qarşılıqlı əlaqə və münasibətlər sistemini əks etdirir. Uzun illər müharibə təhdidi altında, qonşu ölkələrin və digər təhlükələrin yaratdığı risklər fonunda öz xarici siyasət və diplomatiyamızı mükəmməl şəkildə həyata keçirmişik. Qlobal siyasətin yaratdığı reallıqlar və siyasi şərait nəzərə alınaraq bu addımlar dövlət üçün məqsədəuyğun şəkildə atılıb. Nəticədə, 44 gün ərzində qazandığımız zəfər dünya siyasətində yeni baxışın formalaşmasına təkan verdi. İstər siyasi, istər sosial, istər iqtisadi, istər hərbi və digər sahələrdə ölkəmizdə aparılan nizamlanma ilə bağlı verilən qərarlar kifayət qədər uğurludur. Bu gün narazı olduğumuz məqamlar ola bilər, amma qarşımıza qoyduğumuz məqsədlərə nail olduqdan sonra bütün kiçik, individuals problemlərimiz tam aradan qalxacaq.
Dəyərli soydaşlar, bu gün Ramuz Mehdiyev ətrafında baş verən hadisələr siyasi mühitdə ciddi müzakirələrə səbəb olub. Demək olar ki, bu işə aidiyyəti olan-olmayan hamı danışır, danışmağa çalışır. Amma bir məsələni unutmaq olmaz: bu hadisənin özümüzdə tərəqqimizin, müttərəqliyimizin inkişafına nə qədər töhfə verəcəyini təsəvvür etmək lazımdır. Bu böyük hadisədir, çünki dövlətin siyasi, iqtisadi və digər maraqlarına sabotaj edərək, içəridən pozuculuq fəaliyyəti ilə bu dayaqlara zərbə vuranların hamısı ifşa olunmalı və ən ağır formada cəzalandırılmalıdır. Bu hadisə həmçinin göstərdi ki, cəmiyyət siyasi sistemimizə tam inanır, dövlətinə inam və etimad nümayiş etdirir və dövlətin atdığı bütün addımların həyata keçirilməsində siyasi lider cənab Prezidentin arxasındadır.
Ramil Hüseynov, "YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 23 Oktyabr 2025 20:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see255

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see237

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see224

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see222

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see218

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see211

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see201

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see173

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see160

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see155

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see151

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri