114 ittiham üzrə günahkar bilindi “Mançester Siti” satıla bilər
Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.
“Mançester Siti”nin Premyer Liqanın maliyyə qaydalarını pozması ilə bağlı işdə yeni mərhələ başlayıb.
Apasport.az xəbər verir ki, müstəqil komissiya İngiltərə klubuna qarşı irəli sürülən 115 ittihamdan 114-ünü əsaslı hesab edib.
Premyer Liqa bildirib ki, pozuntular 2009/10–2017/18 mövsümlərini əhatə edir və klubun gəlir və xərclərini düzgün göstərməməsi, eləcə də araşdırma ilə əməkdaşlıq öhdəliklərinin pozulması ilə bağlıdır.
“Daily Mirror”un məlumatına görə, mümkün cəzalar müzakirə edilərkən klubun sahibi Şeyx Mənsurun “Mançester Siti”ni satmağa məcbur edilməsi variantı da gündəmə gətirilib. Bu, hazırda mümkün sanksiyalardan biri kimi nəzərdən keçirilən variantdır.
Premyer Liqanın yaydığı xəbərdə “Mançester Siti”nin maliyyə göstəricilərini olduğundan fərqli göstərmək məqsədilə müxtəlif kommersiya müqavilələrindən istifadə etdiyi və bunun nəticəsində gəlir və xərclərdə 900 milyon funtdan çox fərq yarandığı bildirilib.
Kluba veriləcək cəza isə hələ müəyyənləşməyib. Məsələ ayrıca iclasda müzakirə olunacaq. Mümkün sanksiyalar arasında aşağı liqaya salınma, böyük məbləğdə cərimə, xal silinməsi və digər idman cəzaları var.
“Mançester Siti” qərarla razılaşmır və apellyasiya şikayəti verməyə hazırlaşır. Klubun bunun üçün oktyabrın 2-dək vaxtı var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 30 Sentyabr 2026 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















