Rubio ABŞ ın Bolsonarunun Braziliyadan çıxmasına yardım etdiyini təkzib edib
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun Braziliyada prezident seçkilərində məğlub olmuş namizəd Flaviu Bolsonarunun ölkəni tərk etməsinə yardım göstərməsi barədə iddiaları təkzib edib.
APA xəbər verir ki, Rubio bunu Atlantada keçirilən G20 ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
“Biz heç nəyə yardım etməmişik. Onun ABŞ-a gəldiyini eşitdik. Əvvəldən Amerika vizası var idi və Prezident Donald Tramp onun ölkəyə girişinə icazə vermək qərarı qəbul etdi”, – dövlət katibi qeyd edib.
Rubio ABŞ administrasiyasının Bolsonarunun Braziliyadan çıxışı ilə bağlı əldə etdiyi hər hansı razılaşmada iştirak etmədiyini vurğulayıb.
“Ən azı ABŞ hökuməti onun ölkədən çıxması üçün atılan addımlarda birbaşa iştirak etməyib”, – o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:189
Bu xəbər 31 Oktyabr 2026 22:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















