Icma.az
close
up
RU
12 GÜNLÜK “GİZLƏNPAÇ OYUNU”... Müharibə bitdi, bütün tərəflər “qalib” elan olundu

12 GÜNLÜK “GİZLƏNPAÇ OYUNU”... Müharibə bitdi, bütün tərəflər “qalib” elan olundu

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“İsrail İran rejiminin ömrünü uzatdı”

"Prezident Tramp tarixdə heç bir liderin bacarmadığına nail oldu - İran rejiminin nüvə proqramının məhv edilməsi və İsrail ilə İran arasında görünməmiş atəşkəs. Bu, həqiqətən heyrətləndiricidir!" 

Donald Tramp öz səhifəsində İranla İsrail arasında atəşkəs elan edənədən sonra bu “bəy tərifini” Ağ Evin mətbuat katibi Karolin Levitt yayımlayıb...

Tramp özü isə NBC telekanalına müsahibəsində deyib: "Bu, Amerika üçün, Yaxın Şərq üçün böyük gündür. İşin öhdəsindən gələ bildiyimə görə şadam. Bu atəşkəs sonsuza qədər davam edəcək".

Tramp iddia edib ki, İsrail və İran münaqişənin sona çatması və sülhün bərqərar olması üçün “demək olar ki, eyni vaxtda” ona müraciət ediblər: “İsrail və İran demək olar ki, eyni vaxtda mənə müraciət edib “Sülh!” dedilər. Bilirdim ki, vaxtdır. Sülh və Yaxın Şərq əsl QALİBİDİR! Hər iki ölkənin böyük sevgi, sülh və firavanlıq gələcəyi var, onların qazanacaqları çox şey var”.

Üstəlik, Amerika lideri həm İsrailə, həm də İrana təşəkkür edib. O İrana ki, Tramp günlərdir onun rəhbərliyini bu savaşın əsas günahkarı hesab edir, hətta az qala terror yaymaqda ittiham edirdi. Əhalinin isə bu rejimi devirməli olduğuna eyham vurudu... 

Beləliklə, tərəflər nəyə qadir olduqlarını göstərdilər. İsrail göstərdi ki, İranın hava məkanına sahib olmaq, istənilən nöqtəsində, istədiyi əməliyyatı keçirmək, istədiyi obyekti vurmaq imkanına malikdir. Üstəlik, yüksək çinli generalları, ordu və SEPAH rəhbərlərini məhv etməklə göstərdi ki, demək olar, İran həbi-siyasi rəhbərliyində heç kim özünü təhlükəsizlikdə hiss edə bilməz...

İran göstərdi ki, İsrailin “dəmir qübbəsi” keçilməz deyil. Atdığı raketlərin böyük əksəriyyəti vurulsa da, ara-sıra hədəfə çata biləni olur. Göstərdi ki, onu bombalayan ABŞ-nin hərbi bazasının yan-yörəsinə raket atmaq və atmazdan əvvəl də ABŞ-ni xəbərdar etmək “şakərindən” vaz keçməyib. Göstərdi ki, ABŞ və İsrailin regionda apardığı siyasətin bir parçası olaraq qalmaqdadır...

ABŞ isə dünyanın ən böyük bombardmançıları olan təyyarələrindən Fordo və Natanza 4 milyard dollar(!) dəyərində səkkiz superbomba atmaqla göstərdi ki, o, dünyanın ən zəngin və ən güclü, eyni zamanda da ən qəti və gözlənilməz addımlar atmağa qadir ölkəsi olaraq qalır...

Nəhayət, hər üç tərəf göstərdi ki, dünyada beynəlxalq hüquq, beynəlxalq nizam, ümumilikdə bəşəri dəyərlər, əxlaq, mənəviyyat adında heç nə qalmayıb. Dünya 3-5 başıpozuq, qəddar, yırtıcı liderin əlində qalıb...

Bəs bununla da Yaxın Şərqdəki İran-İsrail qarşıdurması, Fələstin məsələsi, proksi müharibələr və s. bitdimi? Əlbəttə ki, yox. Bundan sonra da hərə öz rolunu oynamaqda davam edəcək...

Azərbaycana gəlincə, İrandakı məlum qüvvələrin ermənilərlə birgə Azərbaycana qarşı təxribat cəhdləri baş tutmadı. Azərbaycanın guya İsrailin hücumu üçün şərait yaratdığı barədə şər kampaniyası heç bir effekt vermədi...

İrandakı hakim rejimin və xalqın aqibətinə gəlincə, ABŞ-də yaşayan ən nüfuzlu iranlı müxalifətçilərdən biri olan jurnalist Məsih Əlinejad bununla bağlı maraqlı fikir söyləyib. O deyib ki, İsrailin zərbələri müxalifətin hakimiyyət dəyişikliyinə olan ümidlərini puça çıxarıb və ayətullah rejiminin ömrünü faktiki olaraq 15-20 il də uzadıb. Bəlkə də əsas nəticə və ən düzgün qiymət də budur...

Cəlal Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 İyun 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri