Icma.az
close
up
RU
12 günlük müharibə: Qalib kimdir, məğlub kim?

12 günlük müharibə: Qalib kimdir, məğlub kim?

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

“12 günlük İran-İsrail müharibəsində tərəflərin heç biri hədəflərinə çata bilmədi”.

Bu sözləri ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov “Cebheinfo.az”-a açıqlamasında deyib. 

O diqqətə çatdırıb ki, atəşkəs qərarından sonra həm İsrail, həm də İran tərəfindən qələbə qazandıqlarına dair bəyanatlar verilir:

“Hər iki ölkə də bütün məqsədlərinə çatdığını bəyan edir. Ancaq hansı məqsədlərdən söhbət getdiyi isə sual altındadır. Görünən odur ki, müharibənin başlaması İsrail və ABŞ tərəfindən birgə düşünülmüş addım idi.

Arada yüzlərlə insan həyatını itirdi, habelə xeyli dağıntılar var. Əslində, 12 günlük savaş əsasən ziddiyyətli bəyanatlarla yadda qaldı. ABŞ, İsrail və İran tərəfindən verilən bəyanatlar bir-birilə uyğun gəlmirdi. Ona görə də dünya bu müharibənin nə üçün başladığını və niyə bitdiyini başa düşmür”.

Onun sözlərinə görə, İsrail İranın nüvə təhdidinin qarşısını ala bilmədi:

“Yəqin ki, ABŞ Prezidenti Donald Tramp İsrailin daha böyük itkilərə və dağıntılara məruz qalacağına Benyamin Netanyahunu inandıra bilib. Ona görə belə bir razılıq əldə olunub. 

Çünki əsas hədəf İranın uranın zənginləşdirilməsinin və nüvə təhdidinin qarşısını almaq idi. Lakin İranın uranın zənginləşdirilməsi ilə bağlı ciddi itkisi olmayıb. Uranın məhv edilməsinə dair hansısa fakt yoxdur. Üstəlik, İsrail ərazisində xeyli dağıntılar və itkilər oldu. 

Ümumiyyətlə, İsrail İranın nüvə proqramından çəkindirə bilmədi. Lakin ən azından bu prosesdə müəyyən axsamalar və gecikmələr olacaq”.

Ekspert qeyd edib ki, bu müharibədə İranın da ciddi boşluqları olduğu üzə çıxdı:

“Bu savaş Trampın İrana zərbə endirməklə bağlı təkbaşına qərar qəbul etməsi və İsrailin bütün regionu təhlükə altında qoyması ilə yadda qaldı.

Eyni zamanda, İranın da hansı boşluqları olduğu üzə çıxdı. Ölkənin baş qərargah rəisi və kəşfiyyat rəisinin öldürülməsi bunun əyani şəkildə sübutudur.

Xeyli dağıntıların olması, eləcə də zərbələrin qarşısının alına bilməməsi də İranın müdafiəsində və təhlükəsizliyində olan boşluqları göstərir. Bütün bunların fonunda, İran ordusunun əslində hansı gücdə olduğu da göründü”.

Polkovnik hesab edir ki, 12 günlük savaşda nə İran, nə də İsrail qələbə qazandı:

“Bu, sadəcə Donald Tramp üçün zəfər oldu. Çünki o, indiyə qədər heç bir nəticə əldə etmirdi. İndi isə Amerikanın hərbi gücünü dünyaya göstərdi.
Həmçinin, müharibəni dayandırdığını və tərəfləri bir masa arxasına gətirdiyini geniş təbliğ etməyə başlayacaq. 

Artıq İsrail də dəstəyə görə ABŞ və Trampa təşəkkür edib. Onlar İranın nüvə təhlükəsinin aradan qaldırdığına görə Trampa minnətdarlıq edirlər.
Lakin bununla bağlı ortada hər hansısa sübut yoxdur. Yəni bu müharibədə hər hansısa böyük bir nəticə qeydə alınmadı. 12 günlük “oyun” tərəflərə heç bir nəticə gətirməyən sonluqla bitdi”.

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: İran İsrail ABŞ Müharibə Tramp Üzeyir Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:218
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 İyun 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see408

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see402

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see278

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see259

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see248

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see241

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see239

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see235

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see234

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see218

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see207

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see207

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see203

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see202

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see201

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see198

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see194

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see193

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri