Icma.az
close
up
RU
12 günlük İran İsrail müharibəsi: Rəqəmsal dövrün dərsləri

12 günlük İran İsrail müharibəsi: Rəqəmsal dövrün dərsləri

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Yaxın Şərqdə cəmi 12 gün davam edən İran–İsrail müharibəsi regionun təhlükəsizlik arxitekturasına ciddi təsir göstərdi. Qısa müddətli olsa da, bu qarşıdurma təkcə iki dövlətin hərbi güc balansını deyil, həm də müasir müharibələrin yeni xarakterini üzə çıxardı.

İsrailin tətbiq etdiyi texnoloji yanaşmalar, informasiya məkanında üstünlük qazanmaq bacarığı və qeyri-ənənəvi metodlardan istifadəsi, gələcək müharibələrin yalnız döyüş meydanında deyil, həm də rəqəmsal və informasiya müstəvisində aparılacağını bir daha təsdiqlədi.

Bu münaqişənin gedişatında müşahidə olunan əsas məqamların təhlili Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıyır. Çünki regional təhlükəsizliyin qorunması, informasiya texnologiyalarının müdafiə sahəsində tətbiqi və strateji tərəfdaşlıqların gücləndirilməsi milli maraqların təminində həlledici rol oynayır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, İranla İsrail arasında baş verən 12 günlük müharibə regiondakı hərbi-siyasi balansı yenidən gündəmə gətirdi. Qısa müddətli olsa da, bu münaqişə müasir müharibələrin gələcək modelini müəyyənləşdirəcək yeni yanaşmaların və texnologiyaların nümayişi baxımından mühüm əhəmiyyət daşıyır. İsrailin tətbiq etdiyi innovativ üsullar və hibrid mübarizə formaları göstərdi ki, artıq döyüşlər yalnız hərbi meydanlarda deyil, həm də rəqəmsal və informasiya məkanında aparılır:

"İlk növbədə, İsrail mövcud rəqəmsal platformaları, xüsusilə "WhatsApp" və digər messencer yazışmalarını hücum vasitəsinə çevirməklə informasiya müharibəsinin yeni mərhələsini ortaya qoydu. Bu, informasiyanın silaha çevrilməsinin bariz nümunəsi kimi qiymətləndirilə bilər. Digər tərəfdən, İranın hərbi-siyasi rəhbərliyinin hərəkətləri, iş və istirahət ünvanları, nəqliyyat vasitələri və şəxsi yazışmaları İsrail tərəfindən daimi nəzarət altında saxlanıldı ki, bu da yüksək rütbəli komandirlərin istənilən şəraitdə aradan qaldırılmasına şərait yaratdı".

Onun sözlərinə görə, Tehran şəhərinin mərkəzində belə komandirlərin yataq otaqlarında tapılaraq zərərsizləşdirilməsi isə İranın xüsusi rabitə sistemlərinin yararsızlığını, hətta mövcud olmamasını ortaya qoydu. Dövlət idarəçiliyində şifrəli rabitə kanallarından istifadə edilməməsi strateji zəiflik kimi diqqət çəkdi. Bu müharibə eyni zamanda İran ərazisinin həm İsrailin yeni hibrid metodlarının, həm də ABŞ istehsalı bunker əleyhinə bombaların real şəraitdə sınaq meydanına çevrilməsi ilə yadda qaldı.

Ədalət Verdiyev: Rəqəmsal və texnoloji üstünlüklər də qalibiyyətin əsas şərtlərindən biridir

"Digər mühüm nəticə odur ki, informasiya texnologiyalarının tətbiqi yaxın və orta perspektivdə baş verə biləcək müharibələrin əsas elementlərindən biri olacaq. Bu mənada Azərbaycan üçün beynəlxalq İT şirkətləri və proqram təminatı istehsalçıları ilə sıx əməkdaşlıq qurmaq zərurəti meydana çıxır. Həmçinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin imkanlarının genişləndirilməsi milli təhlükəsizlik baxımından xüsusi əhəmiyyət kəsb edir",- deyə həmsöhbətimiz qeyd edib.

Sonda Ədalət Verdiyev diqqətə çatdırıb ki, mövcud Rusiya və İran təhdidlərini neytrallaşdırmaq üçün isə Türkiyə, ABŞ, İsrail, Pakistan və digər tərəfdaşlarla daha üstün imkanlara malik regional təhlükəsizlik çətirinin yaradılması strateji hədəf kimi önə çıxır:

"Ümumilikdə, 12 günlük müharibənin gedişi bir daha sübut etdi ki, müasir dövrdə yalnız ənənəvi hərbi güc deyil, rəqəmsal və texnoloji üstünlüklər də qalibiyyətin əsas şərtlərindən biridir. Azərbaycan üçün isə bu təcrübə informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi, texnoloji tərəqqinin müdafiə sahəsinə tətbiqi və regional tərəfdaşlıqların gücləndirilməsinə daha böyük diqqətlə yanaşmağın vacibliyini göstərir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 19 Avqust 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see345

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see341

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see277

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see272

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see270

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see267

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see263

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see262

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see248

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see223

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see215

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see214

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see213

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see210

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see207

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see206

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see205

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri