Icma.az
close
up
RU
12 günlük müharibədən sonra Tehrandan “hazırıq” mesajı: İran İsrail gərginliyi yenidən alovlanır? ŞƏRH

12 günlük müharibədən sonra Tehrandan “hazırıq” mesajı: İran İsrail gərginliyi yenidən alovlanır? ŞƏRH

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlər İran–İsrail münasibətlərində gərginlik yenidən artmaqdadır. Qısa lakin təsirli 12 günlük müharibədən sonra tərəflər bir-birinə qarşı kəskin bəyanatlarla çıxış edir. İran rəsmiləri son açıqlamalarında İsrailin ilk hücumunda hazırlıqsız olduqlarını, lakin indi tam şəkildə cavab verməyə hazır olduqlarını bildiriblər.

Bu bəyanatlar Tehranın hərbi potensialını və müdafiə sistemlərini gücləndirməsi fonunda, regionda mümkün yeni qarşıdurma ehtimalını gündəmə gətirir.

İsrail tərəfi isə İranın nüvə proqramı və silahlanma siyasətini bölgə təhlükəsizliyi üçün əsas təhdid kimi qiymətləndirir. Mövcud vəziyyət, Yaxın Şərqdə balansın yenidən dəyişə biləcəyi bir mərhələnin yaxınlaşdığını göstərir.

Maraqlıdır görəsən, İsrail və İran arasında yeni bir qarşıdurma baş verə bilərmi? Turkustan.az olaraq bu sualı politoloq Oqtay Qasımova ünvanladıq.

İranın son dövrlərdə verdiyi açıqlamalar göstərir ki, ölkə müdafiə qabiliyyətini gücləndirmək istiqamətində mühüm addımlar atır. Belə ki, İran Rusiyadan su təyyarələrinin tədarükünü həyata keçirib, eyni zamanda Çin tərəfindən ona hava hücumundan müdafiə sistemləri təmin olunub. Bu, İranın hərbi potensialını xeyli artırsa da, bunun kifayət qədər olub-olmaması mübahisəlidir.

Bundan əlavə, İranın balistik raket arsenalı da kifayət qədər genişdir və onun bir hissəsi 12 günlük müharibə zamanı istifadə olunub. Donald Tramp dövründə ABŞ-İran münasibətlərində müəyyən yumşalma müşahidə olunmuşdu. Hazırda isə Rusiya və Çin tərəfindən göstərilən dəstək, İranın regional siyasətdə daha cəsarətli mövqe tutmasına şərait yaradır.

Lakin yaxın perspektivdə – yəni bu ilin sonuna qədər – ciddi bir hərbi qarşıdurmanın baş verəcəyini real hesab etmirəm.

Hazırda dünya gündəmində daha ciddi məsələlər var. Bununla belə, gələn il, yəni 2026-cı ildə, regional və beynəlxalq şərtlərdən asılı olaraq, belə bir qarşıdurmanın baş verməsi istisna olunmur. Donald Trump-ın dünən verdiyi, “İranın nüvə potensialının artıq mövcud olmadığı” barədə bəyanatı da bu kontekstdə diqqətçəkici məqamdır.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 03 Noyabr 2025 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see168

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri