Icma.az
close
up
RU
Liviya Baş Qərargah Rəisini daşıyan təyyarənin düşmə Anı VİDEO FOTO

Liviya Baş Qərargah Rəisini daşıyan təyyarənin düşmə Anı VİDEO FOTO

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ankara Esenboğa Hava Limanından havaya qalxan və göyərtəsində Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarənin qəzaya uğrama anı təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə təyyarənin binaların arxasındakı dağlıq əraziyə düşdüyü və həmin an ətrafa güclü işıq kütləsinin yayıldığı əks olunub.

Milli.Az xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya hadisə ilə bağlı sosial media hesabında geniş məlumat paylaşıb. Nazir bildirib: "Bu axşam saat 20:10-da Ankaradan Trablusa getmək üçün havaya qalxan 9H-DFJ quyruq nömrəli 'Falcon 50' tipli biznes jeti ilə saat 20:52-də əlaqə kəsilib. Təyyarədən Haymana rayonu yaxınlığında təcili eniş bildirişi alınsa da, sonradan təmas yaratmaq mümkün olmayıb. Təyyarədə Liviya Baş Qərargah rəisi, ordu generalı Məhəmməd Əli Əhməd əl-Həddad da daxil olmaqla 5 nəfər olub."

Məlumata görə, ordu generalı əl-Həddad Türkiyənin Baş Qərargah rəisi Səlcuq Bayraktaroğlunun dəvəti ilə Ankarada səfərdə idi. O, səfər çərçivəsində həm Baş Qərargahda rəsmi mərasimlə qarşılanmış, həm də Milli Müdafiə naziri Yaşar Gülərlə görüşmüşdü.

Lalə Qüdrətova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 24 Dekabr 2025 00:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri