Icma.az
close
up
RU
12 lider bir araya gəlir, nizam qurur... Türkiyə də olacaq?

12 lider bir araya gəlir, nizam qurur... Türkiyə də olacaq?

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

İkinci Dünya müharibəsindən sonra BMT yarandı, müxtəlif beynəlxalq hüquqi aktlar qəbul edildi, son dünya müharibəsinin sərhədlərlə, yeni yaranan siyasi-coğrafi reallıqlarla bağlı qərarları verildi və 1975-ci ildə Helsinki yekun aktı ilə tam rəsmiləşdi.

Axar.az xəbər verir ki, bu sözləri ReAL sədri Natiq Cəfərli qeyd edib.

O bildirib ki, insanlıq tarixi daim müharibələr, yaranan və çökən imperiyalar, sərhədlərin tez-tez dəyişməsi hekayələri ilə doludur:

“Yəni sərhədlərin toxunulmazlığı anlayışı 1945-ci ildən sonra, tarixi zaman baxımından “dünən” qəbul edildi, 20-ci əsrə qədər sərhədləri güc, ordu və ittifaqlar müəyyən edirdi. BMT yaranandan sonra formal olaraq sərhədlər toxunulmaz elan edilsə də, onlarla dəfə bu qayda pozuldu, yeni ölkələr, dövlətlər yarandı, imperiyalar çökdü, müharibələr dayanmadan davam etdi. Sadəcə, nüvə silahının meydana çıxması klassik müharibə anlayışını dəyişdi, “proksi” müharibələr, lokal toqquşmalar şəklində dünya müharibəsi davam etdi. Yəni 1945-ci ildən bu günə hələ də Üçüncü Dünya müharibəsi gedir, bu işin sonu görünmür.

Böyük müharibələr nə zaman baş verir? Özündən öncəki müharibənin nəticəsi böyük toplumlar üçün ədalətsizlik hissi yaradanda. Bu, həmişə belə olub. Sərhədlərin bilərəkdən ədalətsizcəsinə müəyyən edilməsi regional müharibələrə rəvac verir.

Bəs sərhədlərin ədalətli çəkilməsi, toplumları tam qane edən sərhədlərin yaranması mümkündürmü? Təəssüf ki, yox. Yaxşı, o zaman bu problemin yumşaq həlli yolu nədir? Məsələn, Avropa Birliyi modeli, sərhədlərin simvolik olması, ümumi oyun qaydaları və ümumi bazarın formalaşması...

AB modeli ideya olaraq möhtəşəm idi, Avropada, insanlıq tarixində ən çox müharibələrə və vəhşi qırğınlara səhnə olmuş qitədə sülh və ədalət hissini yüksək ölçüdə bərpa edə bildi. Amma sonra AB yavaş-yavaş “solaxaylaşdı”, aşırı tənzimləmə, SSRİ kimi davranışlar artdı, iqtisadi azadlıqlar tənzimləmə adlı “əjdahaya” addım-addım yem edildi. Amma yenə də ciddi islahatlar aparılsa, AB modeli “sərhəd və ədalət” nisbətinin ən uyğun modelidir.

AB modelini dünyanın başqa bölgələrində tədbiqi mümkündür, amma çox çətindir. Təəssüf ki, dünyanın başqa bölgələrində AB modelinə çatmaq üçün hələ çox qırğınlar olacaq, lokal müharibələr artacaq – ya da 10-12 “ağsaqqal” ölkə, fraqmental dünyanın yeni lider dövlətləri maksimal dərəcədə ədalətli ola, ən azı, 70-80% əhalini qane edə biləcək yeni regional inteqrasiya birlikləri üzrə anlaşmalıdırlar.

Bu gün Suriyada baş verən faciə, İsrailin hüquqtanımaz davranışları, Liviyadakı xaos, İraqdakı de-fakto bir neçə hökumətin formalaşması, Yəmənin, Sudanın iki yerə bölünməsi, İrandakı siyasi rejim, bölünmüş Koreya yarmadası, həllini gözləyən Tayvan məsələsi, Latın Amerikasında ABŞ qorxusu olmasa, hamının bir-birinə müharibə etmək potensialının olması, Rusiyanın işğalçı, bütün hüquq və məntiqi çeynəməsi, silah gücü ilə yeni sərhədlər yaratması cəhdi – bütün bunlar həlli müşkül məsələlərdir. Hamısı ya davam edən müharibələr coğrafiyasıdır, ya da içində güclü potensial toqquşmalar daşıyan barıt çəlləkləridir.

Afrika, Yaxın Şərq, Latin Amerikası, Asiyanın böyük bir hissəsi – bütün bu bölgələrdə sərhədlər süni yaranıb və xətkeşlə çəkilib. Hər yerdə “Sykes–Picot” izi (bu gün, məsələn, Suriyada qırğınların təməlini 1916-cı ildə bu iki şəxs öz xətkeşləri ilə qoyublar) yanaşması var. İndi iki çıxış yolu qalıb – ya Avropanın əvvəldən getdiyi yolla bu bölgələr gedəcək, onillərlə bir-birini qırıb, sərhədləri qanla yazıb, sonra yenidən anlaşıb intiqrasi modelləri quracaqlar, ya da ağıl, məntiq, insansevərlik qalib gəlsə, Avropanın qanlı yolundan dərs çıxarıb elə həmən yeni inteqrasiya modellərinə keçid edəcəklər. Amma bu modellər AB-nin “solaxay” modellərini də örnək almamalı, işlək, iqtisadi azadlıqları öndə tutan, hamını qazandıran modellər olmalıdır.

Bunun üçün isə yeni “oyun qaydalarını” müəyyən edəcək böyük bir görüşə, toplantıya, müzakirəyə ehtiyac var. Fraqmentallaşan dünyanın 10-12 lider dövləti bir araya gəlməli, qapılar bağlanmalı, lazım gəlsə dayanmadan günlərlə müzakirələr getməli, razılaşma əldə edildikdən sonra isə bu anlaşması pozan istənilən dövlətə qarşı həmin 10-12 ölkə birgə cəza tərbirləri görəcəyini bəyan etməlidirlər. Bu ölkələr arasında mütləq Türkiyə olmalıdır, olacaq da...”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://axar.az
archiveBu xəbər 21 İyul 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri