Icma.az
close
up
RU
Türkiyə Suriyada yeni bir siyasi nizam qurur AÇIQLAMA

Türkiyə Suriyada yeni bir siyasi nizam qurur AÇIQLAMA

Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Suriyada baş verən proseslər dünya mediasının əsas müzakirə obyektlərindən birinə çevrilib. Belə ki, silahlı müxalifət Hama şəhərini ələ keçirdikdən sonra Homs şəhərinə doğru irəliləyir, hədəfdə paytaxt da var.  

Maraqlıdır, prosesin gedişatında nələr gözlənilir?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib ki, Suriyada müharibə yeni mərhələyə keçib:

“Dörd il bundan əvvəl aparılan müharibədən fərqli olaraq hazırkı döyüşlərdə B. Əsəd və müttəfiqləri xeyli zəifləyib. Əsədin dörd il ərzində siyasi iradə ortaya qoymaması, müxalifət və Türkiyə ilə danışıqlardan yayınması hazırkı vəziyyətlə üzləşdirdi. Dörd il ərzində Suriya üzrə heç bir siyasi həll yolu axtarılmadı. Movcud status-kvonun saxlanılması Əsədi, Moskva və Tehranı qane edirdi. Məhz Suriyada siyasi həll yolu labüd idi. Dörd il ərzində davam edən status-kvonun davam etməsi isə Türkiyənin təhlükəsizliyini və regional sülhün əldə edilməsini çətinləşdirirdi. Əsəd hakimiyyəti Yaxın Şərqdə Rusiya və İranın geosiyasi mövqelərini inkişafına xidmət edərək, Fələstin dövlətinin yaradılmasını da əngəlləyir. Həmçinin Şimali Suriyada yeni bir PKK-YPG dövlətinin qurulmasına zəmin yaradırdı”.


O qeyd edib ki, hazırda Türkiyə Suriyada yeni bir siyasi nizam qurur:

“Bu prosesin qarşısını İran ala bilməyəcək. İran Yaxın Şərqdə kifayət qədər zəifləyib. Rusiya isə müharibəyə qoşulmaq niyyətində deyil. Artıq Suriyanın strateji şəhərləri Hələb, Hama müxalifətin nəzarətinə keçib. Homs və Latakiyaya hücumlar fonunda rejim qüvvələri silahları qoyub qaçır. Göründüyü kimi, Suriya ordusu şimal istiqamətində ciddi döyüşməyərək mövqelərindən geri çəkilir”. 

M.Əsədullazadənin sözlərinə görə, Suriyada döyüşən “Azad Suriya Ordusu” və “Heyət Təhrir əş-Şam” (THŞ) silahlı qrupları Dəməşqə doğru irəliləyəcəksə, Əsəd ordusu müqavimət göstərə bilməyəcək:

““Heyət Təhrir Əş-Şam” silahlı təşkilatın rəhbəri Colani idarəetməni əlində tutmayacağını və keçid hökumətinə təhvil veriləcəyini elan edib. Həmçinin Əsəd devriləndən sonra təşkilatın buraxılacağını elan edib. İranın təqdim etdiyi kimi bu təşkilat heç də radikal deyil və idarəetməni əlində tutmayacağını elan edib. Göründüyü kimi, Türkiyə prosesləri çox ciddi şəkildə idarə edir. Azad Suriya Ordusu və HTŞ təşkilatı Suriyada azad şəkildə fəaliyyət göstərə bilməz. Türkiyə PKK-YPG terror təşkilatını da Şimal-Şərqi Suriyadan çıxaracaq. İran və Rusiya Suriyadan çıxarıldıqdan sonra Hizbullah da zəifləyəcək”.

Firuzə Əliyeva
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://sfera.az
archiveBu xəbər 06 Dekabr 2024 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri