12 yaşlı Mehriban 7 ci dəfə Azərbaycan çempionu oldu
Icma.az, Unikal.az portalına istinadən məlumat verir.
12 yaşlı şahmatçı Mehriban Əhmədli 7-ci dəfə Azərbaycan çempionu adını qazanıb.
"Unikal"ın məlumatına görə, Mingəçevir şəhər 3 saylı orta məktəbin 5-ci sinif şagirdi olan Mehriban Elmar qızı Əhmədli bu gün Gəncə şəhərində 12 yaşlı idmaçı qızlar arasında keçirilən Şahmat üzrə Ölkə Çempionatında birinci olub. 34 şahmatçı arasında uğurlu çıxışları ilə yadda qalan Mehriban Əhmədli son turun nəticəsindən asılı olmayaraq bu yaşında ardıcıl olaraq 7-ci dəfə Azərbaycan çempionu adını qazanıb.
Qeyd edək ki, şahmatçı indiyədək iki dəfə ənənəvi şahmat üzrə Avropa, blits və rapid şahmatı üzrə isə iki dəfə Dünya çempionu adını qazanıb.
Ehtiram Muradov
Baxış sayı:110
Bu xəbər 29 Mart 2026 23:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















