Dəhşətli partlayışla bağlı yüksəkvəzifəli şəxslər həbs edildi
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən “HABAŞ” dəmir-polad fabrikində 18 nəfərin ölümü ilə nəticələnən şiddətli partlayışla bağlı saxlanılan 11 şübhəlidən 9-u barəsində həbs qətimkan tədbiri seçilib.
“Qafqazinfo”nun TRT-yə istinadən xəbərinə görə, noyabrın 9-da baş verən faciədən dərhal sonra başlanan istintaq çərçivəsində məhkəməyə çıxarılan 11 şübhəlinin dindirilməsi başa çatıb.
Məhkəmənin qərarı ilə “bir neçə nəfərin ölümünə səbəb olmaq” ittihamı ilə 9 nəfər həbs edilib, 2 nəfər isə ev dustaqlığına buraxılıb.
Həbs olunanlar və saxlanılanlar arasında zavodun direktoru, şirkətin idarə heyətinin sədri, polad zavodunun müdiri, mexaniki təmir rəisi, dövri yoxlama mühəndisləri və digər məsul şəxslər yer alır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 12 Noyabr 2026 04:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















