12 yaşlı uşaq sürətlə gedən avtomobili dayandıraraq anasını və özünü xilas etdi FOTO
Icma.az, Olke.az saytına istinadən bildirir.
İngiltərədə 12 yaşlı oğlan sürətlə gedən avtomobili saxlayaraq anasını və özünü xilas edib.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Herefordşir yaxınlığındakı A40 yolunda baş verib.
37 yaşlı Nikola Kramp ən kiçik uşağı ilə Milad bazarına gedərkən birdən özünü pis hiss edib. Özünü çox zəif hiss etdiyini deyən Kramp oğluna huşunu itirmək üzrə olduğunu deyib və avtomobili yolun kənarına çəkməyə çalışıb. Lakin qadın avtomobili tamamilə dayandırmadan huşunu itirib. Onun ayağı qaz pedalında olduğundan avtomobil ikitərəfli yolda 97 km/saat sürətə çatıb.
Ön sərnişin oturacağında oturan 12 yaşlı Zak Huells sakitcə sükanı tutub. O, maneəyə dəymədən sürəti azaltmağı bacararaq avtomobili yol kənarında saxlamağı bacarıb. Azyaşlı daha sonra 999 təcili yardım xəttinə zəng edib.
Hadisə yerinə gələn polis əməkdaşları oğlanın təcili yardım çağırışı zamanı sakit olmasından təəccübləniblər. Qərbi Mersiya polisi cəsarəti və sakitliyinə görə Zaka sertifikat veriləcəyini bildirib.
"Çox qorxdum, amma bir şey etməli olduğumu bilirdim", - deyə Zak söyləyib.
O deyib ki, anasının hələ də nəfəs aldığını anlayanda təcili yardım çağırıb.
Xəstəxanaya aparılan Nikola Krampa aşağı təzyiq diaqnozu qoyulub.
“O, sözün əsl mənasında həyatımızı xilas etdi. Sürətlə düşündü, sakit qaldı. Əgər bunu etməsəydi, bu gün sağ olmaya bilərdik”, - deyə ana əlavə edib.
Ana və oğul xəsarət almadan xilas olsalar da, avtomobilə kiçik ziyan dəyib.
Billurə Yunus



Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 27 Dekabr 2025 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















