Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Hamilə qadınlar dişlərini müalicə etdirə bilər?

Ailə sirrinin ictimailəşdirilməsi: mənəvi deqradasiya, yoxsa “diqqət iqtisadiyyatı”nın qaçılmaz nəticəsi?

Ailə sirrinin ictimailəşdirilməsi: mənəvi deqradasiya, yoxsa “diqqət iqtisadiyyatı”nın qaçılmaz nəticəsi?

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Ailə sirri bütün mədəniyyətlərdə, dinlərdə və sosial sistemlərdə toxunulmaz, müqəddəs zona kimi qəbul edilib. Ailə daxilində baş verənlər, yalnız ailəni təşkil edən fərdlərin məsuliyyət və etibar dairəsində saxlanmalı olan dəyərlər toplusu hesab olunub. Bu prinsip təkcə əxlaqi norma deyil, eyni zamanda cəmiyyətin davamlılığını təmin edən sosial mexanizmdir. Lakin müasir dövrdə bu toxunulmazlığın sistemli şəkildə pozulduğunun şahidi oluruq.
Bu gün ailə sirləri könüllü şəkildə ictimai müzakirə predmetinə çevrilir, şəxsi münasibətlər mediada, sosial şəbəkələrdə və şou proqramlarda nümayiş etdirilir. Bu proses artıq təsadüfi deyil, davamlı sosial tendensiyaya çevrilib və onun arxasında dərin struktur səbəblər dayanır.
Ailə sirrinin ifşası ailəni sosial institut kimi zəiflədir. Çünki ailə:
• etimad üzərində qurulur,
• daxili münaqişələrin xaricə daşınmadığı məkandır,
• fərdin psixoloji təhlükəsizliyinin əsas dayaq nöqtəsidir.
Bu sərhədlər pozulduqda ailə artıq “mühafizəedici məkan” deyil, ictimai istehlak obyektinə çevrilir. Ailə münasibətləri şəxsi məsuliyyət sahəsindən çıxaraq tamaşa predmetinə dönür. Nəticədə ailə modeli nüfuzunu itirir, gənc nəsil üçün stabil sosial nümunə olmaq funksiyasını zəiflədir.
Ailə sirrinin ictimailəşdirilməsi çox zaman “səmimiyyət”, “açıq olmaq” və ya “haqqını demək” kimi təqdim olunur. Halbuki praktikada bu, şəxsi travmaların şou elementinə çevrilməsi deməkdir. İnsan öz ağrısını, ailə daxili münaqişəsini, xəyanətini və ya məğlubiyyətini sağaltmaq üçün deyil, görünürlük qazanmaq üçün paylaşır.
Bu isə psixoloji baxımdan sağlamlaşma yox, travmanın kommersiyalaşdırılmasıdır. Travma həll olunmur, əksinə, təkrar-təkrar ictimai məkanda nümayiş etdirilərək dərinləşir. Cəmiyyət isə bu ağrının iştirakçısı yox, istehlakçısına çevrilir.
Ən təhlükəli məqam empatiyanın yox olmasıdır. Ailə sirrinin ictimailəşdirilməsi cəmiyyətdə mərhəmət hissini gücləndirmir, əksinə voyeurizmi – başqasının həyatına baxmaqdan həzz alma instinktini artırır. İnsan artıq başqasının ağrısına kömək etmək üçün deyil, onu izləmək üçün maraq göstərir.
Bu, cəmiyyətin mənəvi keyfiyyətinin dəyişdiyini göstərən ciddi siqnaldır. Empatiya olan yerdə məsuliyyət yaranır, voyeurizm olan yerdə isə məsuliyyətsiz maraq hökm sürür. Nəticədə insan münasibətləri etik bağdan çıxaraq tamaşa münasibətinə çevrilir.
Elmi baxımdan bu prosesi “diqqət iqtisadiyyatı” anlayışı ilə izah etmək mümkündür. Müasir cəmiyyətdə diqqət ən dəyərli resursa çevrilib. Sosial şəbəkələr, media platformaları və reytinq sistemi fərdləri real dəyər istehsalına deyil, görünürlük yarışına sövq edir.
Bu sistemdə: elm, əmək və yaradıcılıq uzunmüddətli diqqət tələb edir, ailə sirrinin ifşası isə sürətli və asan diqqət qazandırır.
Beləliklə, fərd dəyər istehsal etməklə deyil, özəl həyatını ifşa etməklə tanınır. Bu isə mənəvi yoxsulluğun sosial formasıdır. İnsan daxili dünyasını zənginləşdirmək əvəzinə, onu ucuz istehlak obyektinə çevirir.
Bu prosesi yalnız fərdi əxlaq zəifliyi kimi izah etmək sadəlövhlük olar. Burada struktur problem mövcuddur: medianın reytinq siyasəti, sosial şəbəkələrin alqoritmləri, dəyərin ölçü vahidinin dəyişməsi.
Lakin bütün bunlara baxmayaraq, məsuliyyət tamamilə sistemin üzərinə atıla bilməz. Çünki hər bir cəmiyyətin yaşaması üçün qorunan qırmızı xətlər var. Ailə sirri həmin xətlərin ən əsaslarından biridir.
Ailə sirrinin ictimailəşdirilməsi nə sadəcə fərdi seçimdir, nə də zərərsiz “açıq danışmaq” mədəniyyəti. Bu, ailə institutunu zəiflədən, empatiyanı yox edən, mənəvi sərhədləri aşındıran və insan münasibətlərini istehlak predmetinə çevirən təhlükəli sosial tendensiyadır.
Diqqət uğrunda aparılan bu yarışda uduzan təkcə ailə deyil, bütövlükdə cəmiyyətin mənəvi dayanıqlığıdır. Çünki sirrini qorumağı bacarmayan cəmiyyət, dəyərini də qoruya bilməz.
Zahid Məmmədov, iqtisad elmləri doktoru
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 28 Dekabr 2025 02:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see276

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see272

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see247

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see236

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see213

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see202

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see179

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see178

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see160

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see157

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see152

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see141

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see141

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see140

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see139

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see138

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see138

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see136

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see132

Hamilə qadınlar dişlərini müalicə etdirə bilər?

26 Dekabr 2025 06:14see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri