Icma.az
close
up
RU
120 min kameranın kodu ələ keçirildi Özəl görüntülər satışa çıxarıldı: Bakıda da satılır

120 min kameranın kodu ələ keçirildi Özəl görüntülər satışa çıxarıldı: Bakıda da satılır

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Cənubi Koreyada 120 min ev kamerası heklənib, şəxsi görüntülər satışa çıxarılıb.

Milli.Az xəbər verir ki, Cənubi Koreyada minlərlə ev və iş yerində quraşdırılan IP kameraların ələ keçirilməsi ölkədə ciddi məxfilik qalmaqalı yaradıb.

Kiberhücum nəticəsində 120 min kameradan qeydə alınmış intim xarakterli görüntülər oğurlanaraq internetdə pul qarşılığında satılıb.

Hadisə ilə bağlı dörd nəfər həbs edilib, üç nəfər isə istintaqa cəlb olunub. Kiberhücumların zəif təhlükəsizlik müdafiəsinə malik kamera modelləri üzərindən həyata keçirildiyi və həmin modellərin digər ölkələrdə də geniş istifadə olunduğu açıqlanıb.

Məlumata görə, hücum edənlərdən biri təkbaşına 63 min kameraya, digəri isə 70 min kameraya giriş əldə edib. Oğurlanan videoların kriptovalyuta qarşılığında satıldığı təsdiqlənib.

Rəsmilər video görüntüləri ələ keçirilən şəxslərə xəbərdarlıq edərək, kamera parollarını dərhal dəyişdirməyi tövsiyə ediblər.

Qeyd edək ki, sözügedən kameralar Bakıda da satılır. Ev heyvanlarına nəzarət, uşaq izləmə və iş yerlərində təhlükəsizlik məqsədilə istifadə olunan IP kameraların internetə bağlı olması onları kiberhücum üçün hədəfə çevirir. Daha ucuz modellərdə təhlükəsizlik sistemlərinin zəif olması təhlükəni artırır. 

İsmayıl
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 02 Dekabr 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri