Batumidəki qalmaqala görə Gürcüstan səfiri Türkiyə XİN ə çağırıldı
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Gürcüstanın Ankaradakı səfiri Arçil Kalandia “Beşiktaş”ın Batumidə keçirdiyi UEFA Avropa Liqası matçında baş verən insidentlə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “TRT Haber” diplomatik mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Gürcüstan səfirinə baş verən hadisələrlə bağlı Türkiyə tərəfinin etirazı çatdırılıb və müxtəlif sübutlar təqdim edilib.
Hadisələrin hərtərəfli araşdırılması, Türkiyə vətəndaşlarına qarşı qeyri-mütənasib güc tətbiqinə görə məsuliyyət daşıyan şəxslər barəsində müvafiq hüquqi tədbirlərin görülməsi tələb olunub.
Xatırladaq ki, ötən gün Batumidə keçirilən “Beşiktaş” – “Hapoel Beer-Şeva” qarşılaşmasında Fələstin bayrağı açan türkiyəli azarkeşlərə Gürcüstan polisi sərt müdaxilə edib. Polis bibər qazından istifadə edib, qarşılaşma isə 40 dəqiqəlik fasilədən sonra bərpa olunub. Matç “Beşiktaş”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 27 Noyabr 2026 18:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















