126 gün sürən yas ritualı alimləri heyrətə gətirdi
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Oksford Universitetinin tədqiqatçıları dişi şimpanze və bonoboların ölmüş balalarını bədənlərində daşıması ilə bağlı 83 fərqli halı təhlil ediblər. 15 müxtəlif məskunlaşma ərazisindən toplanan məlumatlara görə, anaların bu davranışı 30 dəqiqədən 126 günə qədər davam edir və orta hesabla 11 gün çəkir.
Alimlər irəli sürülən doqquz hipotezi yoxlayaraq bu davranışı idarə edən dörd əsas səbəbi üzə çıxarıblar. Ən mühüm faktor ölümün forması olub: xəstəlikdən tələf olan balalar daha uzun müddət daşınıb. Bundan başqa, balanın yaşı və anasına bağlılığı, havanın temperaturu, eləcə də ananın növbəti hamiləliyinə qalan vaxt bu müddətə bilavasitə təsir göstərib. Məsələn, sərin havalarda cəsəd daha gec parçalandığı üçün analar onları aylarla yanlarından ayırmayıblar.
Dişilərin hətta balanın bədəni mumiyalaşdıqdan sonra da onu gəzdirməsi primatların ölüm anlayışını necə dərk etməsi sualını açıq saxlayır. Mütəxəssislər bildirirlər ki, bu hal güclü analıq instinkti və mühit şəraiti ilə izah olunsa da, heyvanlarda ölüm şüurunun olmasını tamamilə təkzib etmək mümkün deyil.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 18 Sentyabr 2026 16:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















