İstanbul hava limanında azərbaycanlılar üçün YENİLİK
Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İstanbul hava limanında türk dövlətlərinin vətəndaşları üçün xüsusi keçid zolaqlarının yaradılması istiqamətində addım atıldığı bildirilir.
“Yeni Sabah” Türkiyə mediasına istinadən xəbər verir ki, hava limanının terminalında Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasının bayraqlarının əks olunduğu istiqamətləndirici lövhələr quraşdırılıb.
Türkiyənin aviasiya sahəsində ixtisaslaşmış HavaSosyalMedya nəşrinin yaydığı məlumata görə, bu addım türk dövlətlərinin vətəndaşlarının sərhədkeçmə prosesini asanlaşdırmaq, pasport nəzarətində növbələri azaltmaq məqsədi daşıyır. Elektronika məhsulları
Qeyd edək ki, hələlik xüsusi keçid sisteminin tam fəaliyyətə başladığı barədə rəsmi məlumat yoxdur. Hazırda hava limanında müvafiq ölkələrin bayraqları olan istiqamətləndirici lövhələrin quraşdırıldığı müşahidə edilib.
Digər tərəfdən, türk dövlətləri arasında gələcəkdə xarici pasport olmadan, yalnız şəxsiyyət vəsiqəsi ilə səyahət imkanının genişləndirilməsi məsələsi də müzakirə olunur. Bu təşəbbüsün reallaşması vətəndaşların qarşılıqlı səfərlərini daha da asanlaşdıra bilər.
Baxış sayı:49
Bu xəbər 15 Noyabr 2026 19:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















