13 yaşlı uşağı ip ilə boğdular! Dəhşətli cinayət
Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyənin Kırşəhir vilayətinin Çiçəkdağı rayonunda ürək parçalayan hadisə baş verib. 13 yaşlı Enes Öztaş boş ərazidə ip ilə boğularaq öldürülmüş halda tapılıb. Ailəsi gözyaşları içində yas tutub, hadisə ilə bağlı istintaq başladılıb.
Sherg.az xəbər verir ki, hadisə, Çiçəkdağı rayonunun Boyalık məhəlləsində qeydə alınıb. Boş sahədə hərəkətsiz yatan bir şəxsi görən vətəndaşlar dərhal polisə məlumat verib.

Demirören Xəbər Agentliyinin (DHA) verdiyi məlumata görə, hadisə yerinə polis və təcili tibbi yardım qrupları göndərilib. Sağlamlıq qruplarının apardığı ilkin yoxlamada, meyitin 13 yaşlı Enes Öztaşa məxsus olduğu və ip ilə boğularaq qətlə yetirildiyi müəyyən edilib.
Enes Öztaşın cəsədi, hadisə yerində aparılan araşdırmalardan sonra otopsiya üçün xəstəxana morquna aparılıb.
Otopsiya prosedurlarından sonra Enesin nəşi ailəsinə təhvil verilib və Akbıyıklı kəndində torpağa tapşırılıb.
Hadisə ilə bağlı genişmiqyaslı istintaq başladılıb.
Baxış sayı:57
Bu xəbər 27 May 2025 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















