Paytaxt məktəbliləri XII Bakı Beynəlxalq Kitab Sərgisində
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 28 oktyabr, AZƏRTAC
Paytaxt məktəbliləri XII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak ediblər.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, sərgidə məktəblilər inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatlarını izləyib, stendlərə baxış keçirib, Azərbaycan yazıçıları və şairləri, eləcə də xarici ölkələrin yazarları və elm adamları ilə görüşüblər.
“Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” mövzusuna həsr olunmuş sərgi çərçivəsində keçirilən tədbirlər, konfranslar, müsabiqələr, imza günləri, qiraət və musiqi saatları şagirdlərdə xoş təəssürat yaradıb.
Qeyd edək ki, Bakı Beynəlxalq Kitab Sərgisi uşaq, yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılması, eləcə də yerli və xarici ədəbi mühitlər arasında əlaqələrin möhkəmləndirilməsi, kitab sənayesi sahəsində əməkdaşlığın inkişafı üçün mühüm platforma rolunu oynayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 28 Oktyabr 2026 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















