1:4 dən sonra: “İstefa haqqında düşünmürəm”
Icma.az, sport24.az saytına istinadən bildirir.
Türkiyə yığması UEFA Millətlər Liqasında ardıcıl ikinci oyunda uduzub. Sport24.az xəbər verir ki, "ay ulduzlular" I turda Fransaya 0:1, dünən isə İtaliyaya 1:4 hesabıyla məğlub olub.
Komandanın baş məşqçisi Vinçenso Montella matçdan sonra komandanın uğursuz çıxışına baxmayaraq, istefa verməyi düşünmədiyini deyib:
"İstefa haqqında düşünmürəm. Gördüyümüz işlərə inanıram. Yaxşı təkliflərim olanda da getmədim, indi də getmirəm. Futbolçularıma inanıram. Bu yerlərə necə gəlmişiksə, elə də davam edəcəyik".
Qeyd edək ki, Türkiyə yığması oktyabrın 2-də Belçikanın qonağı olacaq.
Baxış sayı:58
Bu xəbər 29 Sentyabr 2026 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















