İranın qərbində PJAK a bağlı silahlı qrup zərərsizləşdirilib
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin qərb sərhədindən daxil olaraq terror aktları törətməyi planlaşdırdığı bildirilən PJAK terror təşkilatı üzvlərindən ibarət qrupun əməliyyat nəticəsində zərərsizləşdirildiyini açıqlayıb.
APA xəbər verir ki, SEPAH-ın məlumatına görə, qrup İran ərazisinə daxil olduqdan sonra ölkənin qərb sərhədində nəzarətə götürülüb.
Daha sonra silahlı qrupla SEPAH hərbçiləri arasında toqquşma baş verib və qrup zərərsizləşdirilib.
Əməliyyat zamanı qrup üzvlərinin üzərindən çoxlu sayda sursat götürülüb.
Açıqlamada ölən və yaralananların sayı barədə məlumat verilməyib.
Bu mövzuda digər xəbərlər:İranın qərbində PJAK qruplaşmasının 11 üzvü saxlanılıb
07 Fevral 2026 19:51
İranın qərbində silahlı insident: Ölən və çox sayda yaralanan var
29 May 2025 10:46
İranın cənub şərqində son altı ayda 250 silahlı zərərsizləşdirilib
02 May 2025 15:51
SEPAH İranın qərbində hərbi təlimlər keçirir
04 Yanvar 2025 16:39
Baxış sayı:45
Bu xəbər 16 Noyabr 2026 03:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















