14 gəmi Fars körfəzində qalır, İranla danışıqlar aparılır Hindistan
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fars körfəzində Hindistana məxsus 14 gəmi hələ də qalmaqdadır.
Redaktor.az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caysval brifinqdə məlumat verib.
Onun sözlərinə görə, Yeni Dehli Hörmüz boğazından təhlükəsiz keçidlərin təmin edilməsi üçün İran tərəfi ilə sıx əlaqə saxlayır.
“Son həftələrdə Hindistan bayrağı altında üzən 10 gəmi Hörmüz boğazından keçib. Hazırda isə 14 gəmi hələ də Fars körfəzindədir. Biz onların təhlükəsiz şəkildə bölgədən çıxaraq Hindistana qayıtmasını təmin etmək üçün İranla əlaqədəyik”, – deyə o bildirib.
Qeyd olunub ki, Hindistan diplomatik kanallar vasitəsilə vəziyyətin həlli üçün danışıqları davam etdirir.
Xatırladılıb ki, son aylarda regionda gərginlik artıb və bu, dəniz nəqliyyatına da təsir göstərib.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:188
Bu xəbər 23 Aprel 2026 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















