Icma.az
close
up
RU
Ukrayna kapitulyasiyaya sürüklənir ŞƏRH

Ukrayna kapitulyasiyaya sürüklənir ŞƏRH

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Vaşinqton Moskvanın maraqlarını önə çəkirKremlin maksimalist tələbləri sülh danışıqlarını dalana dirədi, Trampın vasitəçiliyi sual altındadır

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının uzanmasını 2025-ci ilin sonunda Vladimir Putinin iqamətgahına olduğu iddia edilən hücumla əlaqələndirib. Kuşner bu barədə “Axel Springer” media qrupunun baş direktoru Matias Döpfnerə “MD Meets” podkastına müsahibəsində danışıb.

Onun sözlərinə görə, hazırda tərəflər ərazi məsələsində razılığa gələ bilmirlər. O, son bir ildə Moskva və Kiyev arasında aparılan danışıqların gedişatını xatırladaraq bildirib ki, ötən ilin noyabrında müəyyən irəliləyiş əldə olunmağa başlayıb. Lakin dekabrın sonunda Ukraynanın Putinin iqamətgahına hücumu, onun fikrincə, danışıqlarda geriləməyə səbəb olub. Kuşner diqqətə çatdırıb ki, fevraldan sentyabr ayınadək tərəflər arasında davamlı əlaqə saxlanılsa da, ABŞ hər iki tərəfdən ortaq məxrəcə gəlmək üçün ciddi çeviklik və hazırlıq görməyib. Putinin həqiqətən sülhə və müharibəni bitirməyə çalışıb-çalışmadığı barədə suala cavab verən Kuşner bunun belə olduğunu düşündüyünü deyib. Bununla belə, o, əsas maneənin ərazi məsələsi olduğunu vurğulayıb. 

O, həmçinin, ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenskiyə və ukraynalılara təzyiq göstərməsi ilə bağlı iddiaları rədd edib. Kuşner qeyd edib ki, ABŞ tərəfi danışıqlarda vasitəçi rolunu oynayır və Ukraynaya bu müharibədə kömək edən, eyni zamanda onun ən böyük donorudur.

Milli Cəbhə Partiyasının başqan müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında Rusiya və Ukrayna arasında aparılan danışıqlarda indiyədək ciddi irəliləyiş əldə olunmadığını xatırladıb. Onun sözlərinə görə, İstanbul danışıqları zamanı müəyyən müsbət nəticələr və tərəflərin bəzi məsələlər üzrə mövqelərində yaxınlaşma müşahidə olunmuşdu:

"Lakin həmin proses sonradan davam etdirilmədi. Avropa ölkələrinin mövqeyi də bu məsələdə mühüm rol oynadı. Çünki əldə oluna biləcək razılaşmanın Ukraynanın gələcək təhlükəsizliyi və suverenliyi baxımından ciddi risklər yaratması ehtimalı var idi.

ABŞ-ın vasitəçiliyi ilə aparılan hazırkı danışıqlarda isə humanitar məsələlər istisna olmaqla, ciddi irəliləyiş görünmür. Bunun əsas səbəblərindən biri Tramp administrasiyasının vasitəçilik prosesində tam neytral mövqe nümayiş etdirməməsi ilə bağlıdır. Xüsusilə Kuşnerin açıqlamaları və danışıqlar prosesinə yanaşması göstərir ki, Vaşinqtonun mövqeyi bir sıra məsələlərdə Moskvanın maraqları ilə üst-üstə düşür. Ukraynanın günahlandırılması isə faktiki olaraq Kremlin mövqeyinin ön plana çıxarılması təsiri bağışlayır".

Siyasi ekspert qeyd edib ki, Rusiyanın əsas tələblərindən biri Ukraynanın Donbasın hələ də öz nəzarətində olan ərazilərindən imtina etməsi və digər siyasi-hərbi şərtləri qəbul etməsidir:

"Bu isə mahiyyət etibarilə Ukraynadan kapitulyasiyaya yaxın şərtləri qəbul etməyi tələb etmək deməkdir.

Kreml danışıqlar prosesini məhz özünün irəli sürdüyü şərtlər əsasında yekunlaşdırmağa çalışır. ABŞ administrasiyasının yanaşmasında da bu tələblərin nəzərə alınması Ukraynanın mövqeyini zəiflədir. Hesab edirəm ki, hazırkı mərhələdə Rusiya və Ukrayna arasında danışıqların real siyasi nəticə verməsi üçün əsaslı zəmin yoxdur. Çünki Moskva öz maksimalist tələblərindən geri çəkilmir, Vaşinqton isə vasitəçi kimi tərəflər arasında balanslı mövqe nümayiş etdirməkdə çətinlik çəkir. Belə olan halda, danışıqların yaxın perspektivdə müharibənin başa çatmasına gətirib çıxaracağı inandırıcı görünmür".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Noyabr 2026 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see707

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see578

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see325

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see297

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see294

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see284

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see283

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see260

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see257

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see254

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see247

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see245

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see244

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see241

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see240

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see240

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see235

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see221

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see213

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri