Icma.az
close
up
RU
14 iyulda başlayan yol: Azərbaycanın müstəqilliyinə gətirib çıxardı

14 iyulda başlayan yol: Azərbaycanın müstəqilliyinə gətirib çıxardı

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Bu gün Ümummilli Lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsinin 56-cı ildönümünü qeyd edirik. 

Bu tarixi hadisə ölkəmizin müstəqillik tarixində və dövlətçilik ənənələrinin bərpasında dönüş nöqtəsi olmaqla yanaşı, Azərbaycanın intibah və yüksəliş dövrünün başlanğıcını təşkil edir.

Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.

Deputat vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanın sosial-iqtisadi inkişafında, milli özünüdərkində dönüş yaratdı:

“O, mürəkkəb və gərgin ictimai-siyasi şəraitdə Azərbaycanın perspektiv yolunu müəyyən etdi, milli kadrların formalaşmasına xüsusi önəm verdi, elmin, təhsilin və mədəniyyətin inkişafına təkan verdi. 1969–1982-ci illərdə Ümummilli Lider Azərbaycanın iqtisadiyyatında, sənaye və kənd təsərrüfatında böyük irəliləyişlərə nail oldu. 

Onun təşəbbüsü ilə Azərbaycanın neft sənayesi, maşınqayırma, kimya və digər sahələri inkişaf etdirildi. Sosial infrastrukturun genişləndirilməsi, səhiyyə və təhsil müəssisələrinin yaradılması dövlət siyasətinin prioritetləri oldu”.

Deputat əlavə edib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə milli mədəniyyət və dilin qorunmasına xüsusi diqqət ayrıldı:

“O, Azərbaycan xalqının tarixini, adət-ənənələrini, mədəni irsini qoruyub saxlamaqla yanaşı, yeni nəsillərə ötürülməsi işini dövlət siyasətinin mərkəzinə qoydu. Bu isə milli qürur və həmrəyliyin artmasına səbəb oldu. Ulu Öndər milli kadrların hazırlanmasına böyük önəm verdi. 

Onun təşəbbüsü ilə Azərbaycan gəncləri keçmiş SSRİ-nin aparıcı ali məktəblərində təhsil aldı, bu gənclər sonradan müstəqil Azərbaycanın quruculuğunda önəmli rol oynadılar. Bu, Azərbaycanın gələcək inkişafının ən möhkəm təməl daşı oldu”.

Səbinə Salmanova bildirib ki, 1969-cu ilin 14 iyulunda başlanan yol Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsinə gətirib çıxardı:

“Ulu Öndərin siyasi iradəsi və uzaqgörənliyi sayəsində Azərbaycan həm iqtisadi, həm də milli mədəni yüksəliş dövrünə qədəm qoydu. Bu gün biz 14 iyul tarixini müstəqilliyimizin başlanğıcı kimi qəbul edir və qeyd edirik”.

Deputat söyləyib ki, Azərbaycanın dövlətçilik tarixində Ümummilli Lider Heydər Əliyevin qurduğu möhkəm təməl üzərində ölkəmiz bugün müasir, dinamik inkişaf edən, regionda söz sahibidir:

“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Ulu Öndərin strateji xəttinin layiqli davamı və daha da möhkəmləndirilməsidir. Dövlətimizin milli maraqlarının qorunması, beynəlxalq arenada Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi, qlobal layihələrdə fəal iştirak Prezident İlham Əliyevin siyasətinin prioritetlərindədir. 

Eyni zamanda, sosial siyasət sahəsində genişmiqyaslı proqramlar icra olunur, əhalinin rifahının yüksəldilməsi, sosial ədalətin təmin olunması dövlət siyasətinin əsas sütunlarından biridir. Azərbaycanın hərtərəfli inkişafına xidmət edən bu siyasət, əlbəttə ki, Ümummilli Liderin qoyduğu dəyərlər əsasında həyata keçirilir”.

Parlamentari bildirib ki, ömrünü xalqına və Vətəninə həsr etmiş Ümummilli Lider Heydər Əliyevin xatirəsi dərin hörmətlə anılır:

“Onun siyasi irsi və dövlətçilik məktəbi bu gün də Azərbaycanın inkişafına xidmət edir. Heydər Əliyev dühası müstəqil Azərbaycanın qurulmasında və onun beynəlxalq aləmdə nüfuzunun yüksəlməsində əsas dayaqlardan biridir”.

"Cebheinfo.az" 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 İyul 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see714

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see350

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see349

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see318

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see306

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see302

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see283

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see281

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see269

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see259

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see236

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see236

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see224

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see223

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see219

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see217

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see202

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri