Icma.az
close
up
RU
14 qadından biri bu vərdişə görə döş xərçəngi olur

14 qadından biri bu vərdişə görə döş xərçəngi olur

Icma.az bildirir, Milli.az portalına istinadən.

İki udum şərab, bir stəkan pivə, yaxud "qadın içkisi" adıyla təqdim edilən zərif çaxır... İç, kef elə, "zərəri nə ola bilər ki?" - deyə düşünür çoxları. Amma rəqəmlər, danılmaz faktlar elə də demir. Nyu-York Post yazır ki, həftədə cəmi 10 içki içən 100 qadından 14-ü həyatının hansısa döngəsində döş xərçəngi ilə üz-üzə qalır.

Qadınlar içkini, xüsusilə də şərabı "zərərsiz həzz" hesab edirlər. Amma elm reallığı göstərir: hər stəkan içkidə risk artır. Məsələ burasındadır ki, heç də sərxoşluq həddində içməkdən söhbət getmir. Gündə bir qədəh şərab, bəzən də dost məclisində bir "kokteyl".

Mütəxəssislər deyirlər ki, alkoqol bədəndə parçalanarkən asetaldehid adlı maddəyə çevrilir - bu isə DNT-ni zədələyən, xərçəng hüceyrələrinin yaranmasına zəmin yaradan bir kimyəvi silahdır. Xüsusən də menopauzadan sonrakı dövrdə olan qadınlar bu "sakit təhlükə"nin birbaşa hədəfinə çevrilirlər. Risk 27%-ə qədər artır.

"Mədəni içki" mədəniyyətinin arxasında gizlənən susqun xəstəlik artıq illərdir qapını döyür. Və çox vaxt da cavab gözləmir - içəri girir.

Amerikanın rəsmi qurumları artıq siqnal veriblər: "içkinin heç bir miqdarı tam təhlükəsiz deyil". Amma bu xəbər hələ şərabın etiketində yazılmayıb, pivə stəkanında köpük kimi dağılıb gedir, çünki zövq hələ də həqiqətdən öndə gedir.

Bir sözlə, statistikada adı rəqəmlə yazılan o 14 qadından biri olmamaq üçün bəlkə də bu axşam bir stəkan az içmək yetər. Ya da ümumiyyətlə içməmək.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 07 İyun 2025 07:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see285

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see279

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see262

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see258

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see256

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see253

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see251

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see241

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see232

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see230

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see222

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see212

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see207

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see207

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see201

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see184

Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb

09 Sentyabr 2026 21:40see179

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see175

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see170

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri