“Arsenal”ın şikayəti rədd edildi
Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İngiltərə Futbol Assosiasiyası “Arsenal”ın yarımmüdafiəçisi Maks Doumanın diskvalifikasiyası ilə bağlı apellyasiyasını rədd edib.
QOL.az xəbər verir ki, 16 yaşlı futbolçu İngiltərə Liqa Kubokunda “Flitvud Taun”la oyunun sonlarında qırmızı vərəqə alıb. Görüş 1:1 hesabı ilə başa çatıb, penaltilər seriyasında isə “Arsenal” 3:5 hesabı ilə uduzub.
"ESPN" nəşrinin məlumatına görə, London klubu hakim qərarını həddindən artıq sərt hesab edərək apellyasiya verib. Lakin müstəqil intizam komissiyası müraciəti təmin etməyib.
Beləliklə, Douman İngiltərə Premyer Liqasında “Liverpul”, “Hall Siti” və “Nyukasl”la oyunları buraxacaq.
Qeyd edək ki, gənc vinger bu mövsüm “Arsenal”ın əsas komandasında bütün turnirlərdə 5 matçda meydana çıxıb və 2 qol vurub.İngiltərə Futbol Assosiasiyası “Arsenal”ın yarımmüdafiəçisi Maks Doumanın diskvalifikasiyası ilə bağlı apellyasiyasını rədd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 29 Oktyabr 2026 22:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















