“142” Çağrı Mərkəzinin əməkdaşları üçün növbəti təlim keçirilib
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 29 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzi tərəfindən “142” Çağrı Mərkəzinin əməkdaşları üçün təşkil olunan “Psixoloji Təhlükəsizlik” və “İlk Yardım” mövzularında təlimlər davam etdirilir.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, növbəti təlimdə Çağrı Mərkəzinin 22 əməkdaşı iştirak edib.
Təlimlərin əsas məqsədi əməkdaşların peşəkar hazırlıq səviyyəsinin artırılması, iş mühitində təhlükəsizliyin və effektivliyin təmin olunması, “142” Çağrı Mərkəzinin fəaliyyətinin daha səmərəli təşkili, əməkdaşların sağlam və təhlükəsiz iş şəraitində çalışması, həmçinin vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsidir.
Təlim zamanı iştirakçılara stresin idarəolunması, emosional dayanıqlığın gücləndirilməsi, iş mühitində psixoloji təhlükəsizliyin təmin edilməsi ilə bağlı nəzəri və praktiki biliklər təqdim olunub. Eyni zamanda, baş verə biləcək qəzalar zamanı ilkin tibbi yardımın göstərilməsi qaydaları barədə məlumat verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 29 Avqust 2025 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















