Icma.az
close
up
RU
143 nömrəli məktəbin qarşısında təhlükəli vəziyyət: qapıları bağlı qalır, yol tıxanır Foto

143 nömrəli məktəbin qarşısında təhlükəli vəziyyət: qapıları bağlı qalır, yol tıxanır Foto

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Binəqədi rayonu 143 nömrəli məktəblə bağlı sakinlər və valideynlər tərəfindən şikayətlər var. Bildirilir ki, məktəbin həyətinə valideynlərin daxil olmasına icazə verilmir, qapılar bağlı saxlanılır. Nəticədə uşaqlarını gətirən və aparan valideynlər məktəbin qarşısında dayanmağa məcbur olur, bu isə yolun bağlanmasına və nəqliyyatın hərəkətində ciddi çətinliklərə səbəb olur.

Sözügedən ərazidən həm avtomobillər, həm də piyadalar istifadə etdiyindən, bu vəziyyət məktəblilərin və ərazidə hərəkət edən insanların həyat və təhlükəsizliyi üçün risk yaradır.

Məktəbin həyətinə valideynlərin daxil olmasına qoyulan məhdudiyyətin səbəbini öyrənmək üçün Bakı şəhəri üzrə Təhsil idarəsi ilə əlaqə saxladıq.

Qurumdan Ölkə.az-a bildirildi ki, 1348 şagirdin təhsil aldığı məktəbin ərazisində kənar şəxslərin toplaşması tədris prosesinin pozulmasına və birinci mərtəbədə yerləşən sinif otaqlarında aparılan dərslərə müdaxilələrə səbəb olur:

"Uşaqların təhlükəsizliyinin təmin edilməsinə və təhsilin səmərəliliyinin artırılmasına xidmət edən bu qərar öncədən valideynlərə izah olunub".

Qeyd edək ki, 143 nömrəli məktəbin yerləşdiyi qəsəbədə digər məktəblər üzrə sözügedən problem yaşanmır. Valideynlər övladlarını məktəbin qapısından içəriyə qədər, hətta sinif otağınadək apara bilirlər.

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 Oktyabr 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see242

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see206

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see196

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see190

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see175

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see171

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see167

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see153

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see150

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see145

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see139

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see132

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see132

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see128

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see127

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see127

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see126

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see125

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see123

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri