Icma.az
close
up
RU
Boş vaxtın qurbanları Rəvan Cavid yazır

Boş vaxtın qurbanları Rəvan Cavid yazır

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Rəvan CAVİD

"Vaxt öldürmək", "Boş vaxtımda..." ifadələrinin, demək olar ki, yox olduğu bir zaman başladı. İndi zaman ölü doğulur. Boş vaxtı doldurmaq qayğısından arınmışıq. Gələcəklə bağlı qurulan astagəl xəyallar "indi, vaxt itirmədən" anlayışına uduzub. Cəmiyyətlər tələsir. Aqibət duyğusu zamanın özünün də canına bir qorxu salıb.

Müasir sosiologiyanın ən məşhur imzalarından biri Byunq-Çul Handır. Cənubi Koreyada doğulmuş, Almaniya və İsveçrə vətəndaşı Byunq-Çul müasir fəlsəfənin, psixologiyanın və sosiologiyanın dünyada əsərləri ən çox satılan imzasıdır. Müasir insanın problemləri, sosial həyatı, sosial şəbəkələrin və internet divlərinin yaratdığı yeni psixoloji xəstəliklərin araşdırmaçısıdır.

Kapitalist eranın son iyirmi ilində insanların düşüncəsini dəyişən, onların həyatını şəkilləndirən nüansları araşdıran yazıçının ən məşhur əsəri "Yorğun toplum"dur. Bundan başqa, onun "Şiddətin topologiyası", "Erosun iztirabı", "Psixipolitika" və digər kitabların müəllifidir.

Byunq-Çul "Yorğun toplum"da insanların psixoloji davranışlarını onların həyatının aktivliyi ilə izah edir. Həyatımız sürətli şəkildə, bəzən bizdən xəbərsiz başlayır və bitir. Günümüzdə zaman anlayışını iyirmi dörd saatla ifadə etmək sadəcə simvolistikdir. Bizlər iyirmi dörd saat yaşaya bilmirik. Tıxac, növbə, uzun-uzadı davam edən boş, məzmunsuz söhbətlər, yolda canımıza daraşan "nə var, nə yox?! Başqa nə var, nə yox?!"lar, hiss etməsək də, faydalı iş əmsalımızı əlimizdən alır. Əgər iyirminci əsrin ortalarında praqmatik yaşamaq cansıxıcı görünürdüsə, o vaxtlar bunun həyatın gözəlliklərini yaşamamaqla əlaqələndirirdilərsə, indi praqmatiklik bir şərt olub. Zamanı dəyərləndirmək, iyirmi dörd saatın hamısını dolu yaşamaq istəyirsənsə, məcbur əlində gün boyu nə edəcəklərinin siyahısı olmalıdır. Və heç bir kəs, heç bir xüsusi hadisə bu siyahını pozmamalıdır. Təbii ki, bizim kimi cəmiyyətlərdə dost çağırışına, "yağlı, duzlu məclislərə", qarşı cinsin görüş dəvətinə "Yox!" demək qədər çətin ikinci sosial problem yoxdur. Avropada "Yox!" demək mədəniyyəti onları inkişaf etdirən əsas amillərdən biridir. Məsələn, alman dəqiqliyi, skandinav soyuqqanlılığı dediyimiz anlayışlar "Yox!" cavabının yaratdığı praqmatik mədəniyyətdir. Bütün bunlara baxmayaraq, hər mədəniyyətin əks təsiri olduğu kimi praqmatikliyin də əks təsirləri müasir cəmiyyətlərdə yeni xəstəliklər yaradıb.

İyirmi birinci əsrin psixoloqları yeni çağın insanın şiddətə meyilliyini, depressivliyini, stress çoxluğunu və bu qəbildən olan ictimai-sosial həyatımızda ciddi travmalar yaradan xəstəliklərin məhz praqmatiklikdən yarandığını araşdırıblar. İndi biz pis, ürəkyaxan xəbərlərə görə deyil, vərdiş etdiyimiz əyləncələrin yoxluğuna, aktivliyin və adrenalinin daha az xərcləndiyi məkanlara əsəbiləşirik. Əyləncə və media sahələri bizi milli "Joker"lərə çevirir.

Sistemli şəkildə həyatında hər şeyə yer verməyə çalışan insanın ən böyük stressi onun vaxtının əlindən alınmasıdır. İnkişaf etmiş mədəni cəmiyyətlərdə bir nəfəri boş yerə yubatmaq ən böyük əxlaqsızlıq sayılır. Müqayisədə Qafqaz cəmiyyətləri bu qədər aqressiv yanaşmır məsələyə. Daha rahatdırlar. Bu lazımsız rahatlıq onları (yəni biz qafqazlıları) tənbəl böyüdür. Tənbəl cəmiyyətlərin düşüncə tərzi isə heç vaxt inkişaf etmir. Eyni hal İslam cəmiyyətlərinə də aiddir. Nə qədər müqəddəs kitabları onlara oxumağı əmr etsə də, bugünkü İslam coğrafiyası vaxtını daha çox çilçıraqlı əyləncələrə xərcləyir.

Zaman keçdikcə bu əyləncələr xırda toplumları yormağa başlayır. Əzginlik, yorğunluk, bədbinlik çökür həmin cəmiyyətlərin üstünə. Nəticədə Byunq-Çulun ifadə etdiyi yorğun toplumlar yaranır.

Bu toplumları yaradan başqa bir səbəb isə fərdiyyəçi sinifləndirmədir. Marksın sinfi cəmiyyət anlayışının əksinə olaraq bu gün kollektiv mübarizədən daha çox fərdi mübarizənin yaratmaqda olduğu cəmiyyət modeli ilə üz-üzəyik. İnsanları cəmiyyət deyil, öz həyatlarının məcrası daha çox maraqlandırır. Fərdiyyətçiliyin yaratdığı ən böyük problemlərdən biri isə xaricə qarşı olan reflekslərimizin ölməsidir. Bu vaxt ötdükcə sosial əxlaqı da zədələyir. Sosial əxlaqı zədələnmiş cəmiyyət üçün bütün günahlar mübahdır. Zombiləşmiş küçələrin qurduğu qaranlıq və dumanlı şəhərlər beləcə peydə olur.

Modern insan alış-verişin, əyləncənin, işıqlı məkanların, yüksək səsli ritmbaz musiqilərin, aktiv həyatın, robotların, brendlərin və reklamların əsiridir. Bəzi cəmiyyətlər (yenə skandinavları misal çəkmək məcburiyyətində qalırıq, çünki yeganə ideala yaxın cəmiyyəti onlar qura bilib) bu vərdişləri tərgidə bilib, bu tip süni şəkildə xoşbəxt edici nəsnələrə "yox!" deməyi bacarıblar. Bu xəstəliklərdən əziyyət çəkən toplumlarda isə bitkinlik, yorğunluq hökm sürür.

Amerika adlı böyük bir şirkətin uzanan ən böyük qolu da əyləncə sektorudur. Bu qol dünyanın hər yerində, hətta Afrikanın ən ibtidai toplumunun bir fərdinə də üzərində Messinin şəkli olan köynəyi geyindirə bilir. Ən səfil ölkə olan Brundidə bir aya on beş dollar qazanan ailəni telefona, meqabaytlara, internet və sosial şəbəkələrə möhtac buraxır. İnsanlar gülmək istəyir, amma bu görkəmsiz qəhqəhələrin altını doldurmaq istəmir.

Bir tərəfdə siyasi anlaşılmazlıqlar, bir tərəfdə ekoloji problemlər, digər tərəfdə dərmanı tapılmayan xəstəliklər, bir digər tərəfdə yenidən alovlanan dini və irqi ayrı-seçicilik insanların altşüurunda bədbinliyi, tükənmişliyi böyüdür. Bu qədər ciddi problemlərdən qaçmağın yolunu əllərindəki bir qarış telefonda tapan toplumlar özləri də bilmədən başqa bir bəlanın əsir-yesiri olurlar - İnternetin.

Byunq-Çul bu kimi problemlərin həllini artterapiyada (sənətlə terapiya), sənətlə məşğul olmaqda, səyahət etməkdə və günün boş saatlarında boş olmamaqda görür. Vaxtımızı boşaltmaq yox, doldurmaq üçün çalışmalıyıq ki, ruhumuzu ölü zamanın bədbin qalıqlarından təmizləyə bilək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Yanvar 2026 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri