15 ildir Fondda işləyirdi, yüksək vəzifəyə gətirildi
Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Biznesinin İnkişafı Fondunda Müvəkkil təşkilatlarla əlaqələr üzrə rəhbər vəzifəsinə təyinat olub.
“Yeni Sabah” Plat.az-a istinadla xəbər verir ki, bu vəzifə Həbibə Paşayevaya həvalə edilib.
Qeyd edək ki, H.Paşayeva 15 ildir ki, eyni kollektivdə işləyir. O, əmək fəaliyyətinə 2012-ci ildə Sahibkarlığa Kömək Milli Fondunda mütəxəssis olaraq başlayıb və 2015-ci ilə kimi bu vəzifədə çalışıb. 2015-2018 -ci illərdə isə, sözügedən fondda aparıcı mütəxəssis olub. 2018-ci ildə Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondu ləğv edilib və onun hüquqi bazası əsasında Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs yaradılıb. H.Paşayeva 2018-ci ildə Sahibkarlığın İnkişafı Fondunda aparıcı mütəxəssis, 2018-2025-ci illərdə isə, baş mütəxəssis olub. 2025-ci ildən bu ilin fevralına qədər Azərbaycan Biznesinin İnkişafı Fondunda baş məsləhətçi olub. Dördpendirli pizza
Xatırladaq ki, Azərbaycan Biznesinin İnkişafı Fondu Sahibkarlığın İnkişafı Fondu və Azərbaycan İnvestisiya Şirkətinin birləşməsi yolu ilə yaradılıb. Fondun İdarə heyətinin sədri Ülvi Mansurovdur. Ü.Mansurov Xalq artisti Eldar Mansurovun oğludur. O, Fondun rəhbəri vəzifəsinə ötən ilin dekabr ayında təyin edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 15 Oktyabr 2026 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















