Icma.az
close
up
RU
“15 iyundan 8 noyabra” FOTO

“15 iyundan 8 noyabra” FOTO

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

03 iyun 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatında “Şəhid
ailələrinə və Vətən müharibəsi qazilərinə dəstək” layihəsi çərçivəsində “15 iyundan 8 noyabra” mövzusunda Şəhid ailələri, qazi və müharibə veteranlarının iştirakı ilə tədbir keçirmişdir.
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açmış, Ulu öndər Heydər Əliyevin eləcədə Vətən müharibəsində Şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Milli Qurtuluş Günü münasibəti ilə tədbir iştirakçıları təbrik etmiş və bildirmişdir ki, 15 iyun 1993-cü il - xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olunmuş, o dövrün ağır və ağrılı sınaqlarından keçmiş hər bir azərbaycanlı üçün gerçək bir xilas tarixidir. Bu mühüm tarixi dönüş nöqtəsinin müəllifi isə varlığı ilə hər zaman xalqına arxalanan, Azərbaycanın müstəqilliyi və gələcəyi naminə müstəsna missiya yerinə yetirən Ümummilli Lider Heydər Əliyevdir. Həmin gün Ulu Öndərin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə ölkənin taleyində yeni bir dövr başladı. Zamanın və xalqın təkidli çağırışı ilə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı olmasaydı, bu gün müstəqil və suveren bir Azərbaycanın varlığından bəhs etmək qeyri-mümkün
olardı. Bu tarixi qayıdış, ilk növbədə, ölkəni daxili parçalanma təhlükəsindən, xaosdan və düşmən işğalının daha da genişlənməsindən xilas edərək dövlətçiliyimizin bünövrəsini qorudu. Bu gün tam məsuliyyətlə demək olar ki, Heydər Əliyev dühası müasir və müstəqil Azərbaycan dövlətinin bənzərsiz memarı və qurucusudur.
Hazırda iqtisadiyyatımızın qazandığı böyük uğurlar, ordumuzun qüdrətlənməsi, elm və
təhsilimizin dünya arenasına inteqrasiyası, eləcə də mədəniyyətimizin dövlət qayğısı ilə əhatə olunması məhz həmin fenomenal şəxsiyyətin uzaqgörən strategiyasının bəhrəsidir. Respublikamızın müasir tarixinə yazılan hər bir qələbə və nailiyyət Ulu Öndərin xalqımıza miras qoyduğu zəngin siyasi irsin birbaşa nəticəsidir.
Seyfəddin Əliyev qeyd etmişdir ki, bu gün Azərbaycan xalqı üçün, bizim hamımız üçün
müqəddəsdir ona görə ki, ötən əsrin 90-cı illərində başımızın üstünü almış təhlükənin
sovuşmasına, milli dövlətçiliyimizin xilasına və bu gün qüdrətli, müstəqil Azərbaycan dövlətinin var olmasına, doğma Qarabağda 30 illik düşmən işğalına son verilməsinə, xalqımızın sosial-rifah halının yüksəlməsinə, sabitlik, əmin-amanlıq şəraitində yaşamağımıza, bir sözlə, hər şeyə görə məhz bu günə borcluyuq. Bu milli tariximizi yazan isə yeni, müstəqil Azərbaycanın üçrəngli bayrağını ilk dəfə Naxçıvanda ucaldan, dövlətimizin qorunub saxlanmasında, onun möhkəmlənməsində və inkişafında müstəsna rol oynayan dünya şöhrətli insan, böyük dövlət və siyasət xadimi, dahi şəxsiyyət, həmişə Yaradanına, zəhmətinə və doğma xalqına arxalanan böyük
lider Heydər Əliyev idi.
Təşkilat sədri sonda bildirdi ki, 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən
Müharibəsi Azərbaycan xalqının həmrəyliyini və dövlətin gücünü bütün dünyaya nümayiş etdirdi. "Dəmir Yumruq" əməliyyatı çərçivəsində rəşadətli ordumuz hər gün irəli gedərək 30 illik işğala son qoydu. Nəhayət, 8 noyabrda Qarabağın ürəyi, qədim mədəniyyət beşiyimiz Şuşa şəhəri işğaldan azad edildi. Şuşanın fəthi Ermənistanın kapitulyasiyasına və diz çökməsinə səbəb oldu. Bu səbəbdən 8 Noyabr tariximizə Zəfər Günü kimi qızıl hərflərlə yazıldı. 15 İyundan 8 Noyabra keçən yol Azərbaycanın dirçəliş, güclənmə və qələbə xronologiyasıdır. 1993-cü ildə qorunub saxlanılan müstəqillik, 2020-ci ildə ərazi bütövlüyümüzün tam bərpası ilə zirvəyə ucaldı. Bu gün
Azərbaycan regionun mütləq lideri, söz sahibi və qalib bir dövlətdir. Qurtuluşdan başlayan bu yol, bizi gələcək daha böyük uğurlara və qlobal zəfərlərə doğru aparmaqdadır.
Sonra Şəhid anası Mehriban Sultanova çıxış edərək bildirdi ki, milli ideya və ideologiyaya malik olan dövlət həmişə qüdrətli olur, ideya uğurun strategiyası kimi çıxış edir. 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Heydər Əliyevin əsasını qoyduğu ideologiyanın başlıca istiqaməti müstəqil, hüquqi, dünyəvi dövlət quruculuğu, konstitusiya quruluşunun, ölkənin ərazi bütövlüyünün bərpası olmuşdur. Ümummilli Liderin rəhbərliyi altında ölkədə ictimai-siyasi sabitlik təmin olundu, qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, özbaşınalığın, hərc-mərcliyin, kütləvi iğtişaşların qarşısı alındı, Ermənistanın daha geniş ərazilərimizi işğal etməsinə, kütləvi qanlar axıdılmasına son qoyuldu, atəşkəs sazişinin imzalanmasına nail olundu. Ölkəmizdə bir-birinin ardınca reallaşdırılan genişmiqyaslı layihələr dövlətimizin inkişafına və möhkəmlənməsinə zəmin yaratdı. Ulu Öndərin siyasi varisi, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində həmin ideologiyanın əsas istiqaməti bu gün gerçəkliyə çevrilmiş, 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ildə Qarabağ bölgəsində keçirilmiş antiterror əməliyyatı nəticəsində xalqımızın 200 ildən bəri davam edən məşəqqətlərinə, iztirablarına son qoyulmuşdur. Sonda Şəhid bacısı, Mollaoba kənd tam orta məktəbinin direktoru Dilşad Məhərrəmova, Şəhər 4 saylı tam orta məktəbin hərbi rəhbəri Rafiq Abbasov və başqaları çıxışlarında xalqın tələbi və xahişi ilə ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsindən, Ümummilli Liderin dövlətçiliyimizin məhv olması təhlükəsinin qarşısının alınması istiqamətindəki addımlarından ətraflı danışılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 İyun 2026 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri