15 məktəb “həmyaşıd vasitəçiliyi”nin tətbiqinə hazırdır Foto
Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Məktəbli münaqişələrinin həllində “həmyaşıd vasitəçiliyi”nin tətbiqi” layihəsinin icrasını davam etdirir.
Gununsesi.info xəbər verir ki, layihənin əhatə etdiyi pilot siniflərdə təhsil alan şagirdlərin maarifləndirilməsi üçün hazırlanan “Həmyaşıd vasitəçiliyi” adlı buklet artıq çap edilib. Bukletdə “Həmyaşıd vasitəçiliyi”nin tətbiqi qaydası, bu prosesin Mediator şagirdlər, pilot məktəblər və ümumilikdə, sağlam pedaqoji mühitin formalaşdırılmasına təsiri ilə bağlı məlumatlar yer alıb. Buklet artıq pilot məktəblərə çatdırılıb və qarşıdakı həftədə şagirdlərə paylanılacaq.
Layihə çərçivəsində “Həmyaşıd vasitəçiliyi”nin tətbiqi zamanı istifadə olunacaq 15 ədəd mediasiya stolu və 45 ədəd stul alınıb. Mediasiya stolları və stullar hər məktəbə 1 ədəd mediasiya stolu və 3 ədəd stul olmaqla 15 pilot məktəbə artıq çatdırılıb.
Qeyd edək ki, bu həftə məktəb psixoloqları və uşaq birliyi rəhbərləri üçün “Həmyaşıd vasitəçiliyi”nin tətbiqi ilə bağlı onlayn təlim keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 11 Mart 2025 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















