Icma.az
close
up
RU
15 minə ikiotaqlı, 20 minə üçotaqlı mənzillər satan MKS rəisinə hökm oxundu

15 minə ikiotaqlı, 20 minə üçotaqlı mənzillər satan MKS rəisinə hökm oxundu

Icma.az, Pravda.az saytına istinadən bildirir.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Sumqayıt Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) 20 saylı Mənzil-Kommunal Sahəsinin (MKS) keçmiş rəisi Anar Abbasova hökm oxunub. Pravda.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə mühakimə olunan Anar Abbasova 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Anar Abbasov bundan əvvəl də Cinayət Məcəlləsinin 29, 178.2.3, 29, 178.2.4, 178.3.2, 308.2 və 320.1-ci maddələri ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində mühakimə edilib.

Məhkəmə zamanı məlum olub ki, Anar Abbasov bir neçə nəfəri aldadaraq onlardan külli miqdarda pul alıb. O, vətəndaşları inandırıb ki, Sumqayıt şəhəri 47-ci kvartalda yerləşən 9 mərtəbəli köhnə yaşayış binalarında yerləşən keçmiş məcburi köçkünlərin məskunlaşdığı 2, 3, 4 otaqlı mənzillər boşaldıldıqdan sonra MKS-nin balansına keçəcək. Anar Abbasov boş mənzillərin satışını münasib qiymətə təşkil etdiyini, satışa nəzarətin Sumqayıt Şəhər MKTİB-nin rəhbərliyi tərəfindən edildiyini, şəxsiyyət vəsiqəsini təqdim etməklə, bir neçə ay ərzində mülkiyyəti təsdiq edən sənədin - çıxarışın veriləcəyini, ikiotaqlı mənzili 15 000 manat, üçotaqlı mənzili 20 000 manat, dördotaqlı mənzili isə 25 000 manata satılmaqla, satışdan əldə edilən pul vəsaitlərinin birliyin rəhbərliyinə veriləcəyini yalandan vəd edərək həmin şəxslərdən müvafiq olaraq 18 300, 42 000 və 186 000 manat pul alıb. Bir müddət sonra A. Abbasovun yalanının üstü açılıb və 2021-2023-cü illərdə 20 saylı MKS-də rəis vəzifəsində çalışan şəxs işdən çıxarılıb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Abbasova 8 il həbs cəzası verilib.

Sumqayıt Şəhər Məhkəməsi cinayətlərin məcmusu üzrə cəzaları qismən toplamaqla Anar Abbasovun üzərində qəti olaraq 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 8 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://pravda.az
archiveBu xəbər 22 Fevral 2025 08:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see199

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see174

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see161

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see135

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see127

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see125

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see124

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see121

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see120

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see119

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see118

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see118

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see118

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see118

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see118

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see118

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see117

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see115

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see114

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri