Icma.az
close
up
RU
Qəhvənin yuxuda beyin fəaliyyətinə təsiri araşdırılıb TƏDQİQAT

Qəhvənin yuxuda beyin fəaliyyətinə təsiri araşdırılıb TƏDQİQAT

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 2 iyun, AZƏRTAC

“Nature Communications Biology” jurnalında dərc edilən tədqiqatda kofeinin yuxu zamanı beyinə göstərdiyi təsirin mexanizmləri süni intellekt və elektroensefaloqrafiya (EEQ) texnologiyalarının birləşdirilməsi ilə araşdırılıb. Monreal Universiteti (UdeM) və Kvebek Süni İntellekt İnstitutunun əməkdaşlığı çərçivəsində aparılan bu tədqiqat beynin “kritikliyi” adlanan funksional vəziyyətə kofeinin təsirini ilk dəfə empirik olaraq nümayiş etdirib.

AZƏRTAC “Science Daily” saytına istinadla xəbər verir ki, araşdırma Universitetin Neyrologiya Laboratoriyasının tədqiqatçısı Filip Tolke və psixologiya üzrə professor Kərim Jerbinin rəhbərliyi ilə həyata keçirilib.

Tədqiqatda kofeinin beyindəki neyron siqnalların mürəkkəbliyini artırdığı və yuxu zamanı beynin kritik vəziyyətini dəyişdirdiyi göstərilir. Kritiklik, yəni beynin nizam və xaos arasında balanslı vəziyyəti həm informasiyanın emalı, həm də koqnitiv çeviklik baxımından optimal hesab olunur. Jerbinin sözlərinə görə, bu vəziyyət orkestrin sinxron ifasına bənzədilir: nə həddən artıq sakitlik, nə də nizamsız səs-küy yoxdur.

Kofeinin bu kritikliyi stimullaşdırması gündüz saatlarında diqqət və reaksiya üçün faydalı olsa da, gecə zamanı bu aktivlik beyin üçün bərpa proseslərinə maneə yarada bilər. Bu da yuxu keyfiyyətinin aşağı düşməsinə və nəticədə yaddaşın möhkəmlənməsi və idrakın yenilənməsində pozulmalara səbəb ola bilər.

Tədqiqatda 40 sağlam yetkin şəxs iştirak edib. Onların beyin fəaliyyətləri iki gecə ərzində qeydə alınıb: bir gecə yatmazdan əvvəl kofein qəbul edildiyi halda, digər gecə plasebo ilə müqayisəli şəraitdə olub. Tədqiqatçılar süni intellekt dəstəyi ilə elektroensefaloqram məlumatlarını analiz edərək kofeinin beynin neyron fəaliyyətinə necə təsir etdiyini araşdırıblar. Əldə edilən nəticələr göstərib ki, kofein beyin siqnallarının daha mürəkkəb və az proqnozlaşdırıla bilən hala gəlməsinə səbəb olur. Bu təsir xüsusilə sürətli göz hərəkəti olmayan yuxu fazasında – yaddaşın möhkəmlənməsi üçün əsas mərhələdə daha aydın görünür. Həmçinin, kofeinin teta və alfa dalğaları kimi dərin yuxu ilə əlaqəli beyin ritmlərini zəiflətdiyi, əvəzində beta dalğası aktivliyini artırdığı aşkar edilib. Bu dəyişikliklər yuxu zamanı belə, beynin daha az bərpaedici və daha aktiv vəziyyətdə qaldığını göstərir.

Tədqiqat nəticələri kofeinin beyinə təsirinin yaşla dəyişdiyini də göstərib. 20–27 yaş arası gənc iştirakçılar 41–58 yaş arası orta yaşlılarla müqayisədə kofeinə daha güclü reaksiya göstərib. Bu fərq gənc beyinlərdə adenozin reseptorlarının daha yüksək sıxlığı ilə əlaqələndirilir. Kofein bu reseptorları bloklayaraq oyaqlığı artırır, lakin yaşlandıqca reseptor sıxlığı azaldığından təsir də zəifləyir.

Tədqiqat göstərir ki, kofeinin yuxuya və beyin fəaliyyətinə təsiri sadəcə oyaqlıq vəziyyəti ilə məhdudlaşmır, həm də beyin dinamikasını və regenerativ prosesləri dərin şəkildə dəyişdirə bilir. Bu təsirlərin yaşa və fərdi xüsusiyyətlərə görə dəyişməsi, kofein istehlakına dair fərdiləşdirilmiş tövsiyələrin hazırlanmasının zəruriliyini ortaya qoyur.

Tədqiqatçılar bu sahədə əlavə işlərin aparılmasının, xüsusilə də bu sinir dəyişikliklərinin koqnitiv sağlamlıq və gündəlik fəaliyyətə təsirinin daha dərindən öyrənilməsinin vacibliyini vurğulayırlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyun 2025 04:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri