15 yaşlı Xaqan Əhməd dünya çempionatında mövqeyini möhkəmləndirib
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan şahmatçısı Xaqan Əhməd (2536) Venesuelanın paytaxtı Karakasda keçirilən 20 yaşadək şahmatçılar arasında dünya çempionatında məğlubiyyətsiz seriyasını davam etdirib.
İdman.Biz xəbər verir ki, 9-cu turda 15 yaşlı beynəlxalq usta qara fiqurlarla Rusiya qrossmeysteri, hazırda FIDE bayrağı altında çıxış edən Erdəm Xubukşanovla (2513) heç-heçə edib.
Əhməd doqquz mümkün xaldan yeddisini toplayaraq turnir cədvəlində vahid ikinci yeri qoruyub. O, ən yaxın dörd izləyicisini yarım xal qabaqlayır. Azərbaycan şahmatçısının aktivində beş qələbə və dörd heç-heçə var.
Lider Hindistan təmsilçisi Etan Vaz (2511) isə kubalı Daniel İdalqo Diasla (2367) heç-heçə edərək Əhmədlə arasındakı bir xallıq fərqi qoruyub.
Azərbaycan şahmatçısı 10-cu, sonuncudan əvvəlki turda ağ fiqurlarla turnir cədvəlinin altıncı pilləsində qərarlaşan İdalqo Diasla qarşılaşacaq.
Qızların yarışında Azərbaycan şahmatçısı Lalə Hüseynova (2178) qara fiqurlarla Rusiya qrossmeysteri, FİDE bayrağı altında çıxış edən Yana Japovaya (2278) məğlub olub. 5,5 xal toplayan Hüseynova turnir cədvəlində 13-cü yerdədir. Onun növbəti rəqibi perulu Fiorella Kontreras Uaman (2203) olacaq.
10-cu turun oyunları bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, İsveçrə sistemi üzrə 11 turdan ibarət keçirilən dünya çempionatı noyabrın 27-də başa çatacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 26 Noyabr 2026 10:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















