Icma.az
close
up
RU
“Lukoil”in Bakıdakı “zapravka”larını alan amerikalı kimdir?

“Lukoil”in Bakıdakı “zapravka”larını alan amerikalı kimdir?

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Todd Boeli ABŞ-ın ən tanınmış biznesmenlərindən biridir, “Çelsi”nin sabiq sahibi olub

Rusiyanın sanksiyalar altındakı neft şirkəti “Lukoil”in xarici aktivlərinin satışı ilə bağlı prosesdə yeni mərhələ başlayıb. ABŞ-li milyarder Todd Boelinin rəhbərlik etdiyi konsorsium şirkətin beynəlxalq aktivlərini almaq barədə razılaşma imzalayıb. Bu xəbər Azərbaycanda da diqqət çəkir. Çünki “Lukoil” ölkəmizdə, xüsusilə Bakı və ətraf ərazilərdə geniş yanacaqdoldurma məntəqələri şəbəkəsinə malikdir.

Turkustan.az xəbər verir ki, “Reuters”in noyabrın 25-də yaydığı məlumata görə, alıcı tərəf amerikalı milyarder Todd Boelinin rəhbərlik etdiyi konsorsiumdur. Konsorsiuma Boelinin “Eldridge” şirkəti, “Xtellus Partners”, Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Catena Investment Holding” və ABŞ hökumətinin nəzarətində olan Beynəlxalq Maliyyə İnkişafı Korporasiyası (DFC) daxildir. Razılaşmanın şərtlərinə əsasən, təxminən 10 milyard dollar dəyərində “Lukoil” qiymətli kağızlarının mübadiləsi müqabilində ümumi dəyəri 16 milyard dollar qiymətləndirilən beynəlxalq aktivlər portfelinin əldə edilməsi nəzərdə tutulur. Qiymətli kağızlardan əldə ediləcək vəsaitin Rusiyaya çatmasının qarşısını almaq üçün onlar xüsusi hesabda saxlanılacaq. Sövdələşmə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) razılığını almalıdır. Bu razılıq olmadan satış hüquqi qüvvəyə minə bilməz. Prosesin yekunlaşması bir ilə qədər vaxt apara bilər.

“Lukoil”in beynəlxalq aktivlərinin satılması şirkətin Bakıdakı yanacaqdoldurma məntəqələrinin taleyini də gündəmə gətirir. Böyük ehtimalla bu "zapravkalar" da sövdələşməyə daxildir, "Lukoil" bu mülkiyyətləri ayrı-ayrı şikrkətlərə satması sərfəlki deyil, həm də uzun vaxt aparır.

Musavat.com bu mövzuya daha əvvəl də toxunub. Yanvarın 30-da dərc olunan “Lukoil” Bakıdakı “zapravka”larını amerikalılara satıb” başlıqlı materialda şirkətin beynəlxalq aktivlərini idarə edən “Lukoil International GmbH”nin ABŞ-ın “Carlyle” investisiya şirkətinə satılması ilə bağlı razılaşma barədə məlumat verilmişdi.

Fevralın 21-də isə “Lukoil” Bakıdakı YDM-lərini satıb – amerikalılara, yoxsa ərəblərə?” başlıqlı yazıda “Carlyle” və Səudiyyə Ərəbistanının “Midad Energy” şirkətinin satınalma prosesindəki rolu araşdırılmışdı. Azərbaycan üzrə aktivlərin satış paketinə daxil edilib-edilmədiyi və yerli YDM şəbəkəsinin gələcək taleyi barədə ayrıca rəsmi açıqlama yoxdur.

Məsələ təkcə yanacaqdoldurma məntəqələri ilə də məhdudlaşmır. “Lukoil” Azərbaycanda “Şahdəniz” qaz-kondensat yatağında 19,99 faiz paya malikdir. Bu iştirak payının taleyi də şirkətin beynəlxalq aktivlərinin yenidən bölüşdürülməsi fonunda diqqət tələb edir.

Todd Boeli kimdir?

Todd Boeli 1973-cü ildə ABŞ-da anadan olmuş milyarder investor və biznesmendir. O, investisiya və holdinq şirkəti “Eldridge”in həmtəsisçisi, rəhbəri və baş icraçı direktorudur. Maliyyə sahəsində karyerasına “Guggenheim Partners” şirkətində başlayıb, sonradan bu qurumun prezidenti vəzifəsinə qədər yüksəlib.

Boelinin adı xüsusilə idman dünyasında tanınır. O, 2022-ci ildə Roman Abramoviçdən İngiltərənin məşhur “Çelsi” futbol klubunu alan konsorsiumun əsas simalarından biri olub. Həmin dövrdə klubun alınması üçün 4,25 milyard funt sterlinq dəyərində razılaşma əldə edilmişdi. Bundan başqa, Boeli “Los-Anceles Dodgers” beysbol klubunun, “Los-Anceles Lakers” basketbol klubunun və “Los-Anceles Sparks” qadın basketbol komandasının sahibləri arasında yer alır.

“Eldridge” vasitəsilə onun investisiyaları maliyyə, əyləncə, daşınmaz əmlak, idman və digər sahələri əhatə edir. “Forbes”in 25 noyabr 2026-cı il tarixinə olan qiymətləndirməsində Boelinin sərvəti 9,2 milyard dollar göstərilib.

Beləliklə, idman klublarına və müxtəlif sahələrə yatırımları ilə tanınan amerikalı milyarder indi Rusiyanın nəhəng neft şirkətinin beynəlxalq aktivlərini əldə etmək uğrunda prosesin əsas iştirakçısına çevrilib. Ancaq onun rəhbərlik etdiyi konsorsiumun Bakıdakı “Lukoil” yanacaqdoldurma məntəqələrinə sahib olub-olmayacağı hələ açıq qalır. /Musavat.com/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 26 Noyabr 2026 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see433

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see351

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see348

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see319

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see317

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see306

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see305

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see305

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see298

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see287

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see278

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see277

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see266

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see262

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see256

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see256

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see247

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see247

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see244

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see235
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri