Icma.az
close
up
RU
“150 ilin söhbəti” kitabı işıq üzü görüb FOTOLAR

“150 ilin söhbəti” kitabı işıq üzü görüb FOTOLAR

Pravda.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyi münasibətilə Azərbaycan Dövlət Nəşriyyatı yazıçı, əməkdar jurnalist Natiq Məmmədlinin “150 ilin söhbəti” kitabını nəşr edib.  
Pravda.az xəbər verir ki, BP şirkətinin dəstəyi ilə çap olunmuş kitab milli mətbuat tarixinin, müasir Azərbaycan publisistik fikrinin öyrənilməsi, geniş auditoriyada kütləviləşdirilməsi, Azərbaycanın maarifpərvər fikir adamlarının irsinin təbliğ edilməsi məqsədini daşıyır. Kitabda müəllifin otuz il ərzində apardığı araşdırmaları, oçerkləri, məqalələri və müsahibələri, habelə bədii əsərləri öz əksini tapmışdır.


“Ədibin Evi”ndə təqdim olunan kitabın elmi redaktoru Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, rəyçiləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Mətbuat Şurasının sədri Rəşad Məcid, redaktoru isə Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyndir. 
“Ön söz”ün müəllifi Bakı Dövlət Universitetinin Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli qeyd etmişdir ki, kitabda yer almış məqalələrin böyük bir qisminin media problemlərinin müxtəlif aspektlərini əhatə etməsi onun milli mətbuatın 150 illiyinə bir töhfə olması zərurətindən irəli gəlir. Müəllifin publisistik fəaliyyətinin, yaradıcı axtarışlarının yalnız müəyyən bir qismini əks etdirən kitabda əsas mövzu milli-mənəvi dəyərlərimizin qorunması, tarixi yaddaşın bərpası, dövlətçilik ideallarının təbliği və təbii ki, bu qəbildən olan ana mövzuların əsas tərkib hissəsi kimi, Azərbaycan jurnalistikasının müasir inkişaf təmayüllərini əks etdirməkdir.
“150 ilin söhbəti” kitabı milli mətbuat tarixi sahəsində sistemli yanaşmanı özündə əks etdirən publisistik toplu kimi Azərbaycanın ictimai-siyasi, fəlsəfi fikir tarixinə maraq göstərən ali məktəb tələbələri, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
Azərbaycanın uzunmüddətli etibarlı tərəfdaşı və iri enerji layihələrinin operatoru olan bp şirkəti ölkənin həyatının müxtəlif sahələrinə – təhsil, yerli icmaların inkişafı, ətraf mühitin qorunması, xalqın zəngin mədəni irsi və tarixinin tədqiqi və təbliği, milli idmanın inkişafına da öz töhfəsini verir. Bu kitab da Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə jurnalistika sahəsində ixtisaslaşan təhsil müəssisələrinə və geniş oxucu auditoriyasına BP-nin hədiyyəsidir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il Azərbaycan milli mətbuatının 150 illik yubileyi ölkəmizdə geniş qeyd olunması barədə Sərəncam imzalamışdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:43
embedMənbə:https://pravda.az
archiveBu xəbər 07 İyun 2025 07:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevilyadan Berlində: Avropanın ən musiqili şəhərləri (SİYAHI)

09 İyun 2025 14:24see162

Rostov vilayətində miqrantlar rus təqaüdçüyə hücum edib..?

09 İyun 2025 19:07see124

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see122

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see119

Ağstafada qardaş qardaşın qanını tökdü

09 İyun 2025 05:26see118

Yeniyetmə fortepianoçumuz Londonda beynəlxalq müsabiqənin qalibi OLDU

08 İyun 2025 23:49see117

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see117

Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ yə hücum

09 İyun 2025 03:31see117

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see117

Qyokereşdən 35 milyon maaşa imtina

10 İyun 2025 00:37see117

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see115

Sərvəti 1 milyardı ötdü

09 İyun 2025 17:12see115

Rusiya aprel ayında Türkiyədən balıq idxalını artırıb...

09 İyun 2025 21:46see114

Ekspertlər təhsil sistemindəki boşluqları tənqid etdilər: O kadrlara baxanda utandım

09 İyun 2025 18:14see113

Salyanda ot sahəsi və maşın yanıb

09 İyun 2025 19:13see113

Adolf Hitler və məşuqəsi Eva Braunun qəribə münasibətlərinin hekayəsi

09 İyun 2025 20:17see112

“Pul var, sülh yoxdur!” Cey Di Vensdən sabiq prezidentə tənqid

09 İyun 2025 00:01see112

Artıq bu hərəkət cinayət sayılacaq İranda ŞOK qadağa

09 İyun 2025 21:51see112

Skandinaviya erməni diasporu Nikol Paşinyana qarşı

09 İyun 2025 21:00see111

ABŞ da sərnişin təyyarəsi qəzaya uğrayıb

09 İyun 2025 00:31see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri