Icma.az
close
up
RU
“Ordubadın Qəhrəmanlıq Dastanı” kitabı işıq üzü görüb

“Ordubadın Qəhrəmanlıq Dastanı” kitabı işıq üzü görüb

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yeni işıq üzü görən “Ordubadın Qəhrəmanlıq Dastanı” kitabı “Tusi” Xeyriyyə Cəmiyyəti tərəfindən təqdim olunur.

"Unikal" xəbər verir ki, kitabda, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikasının dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda yaşamaq hüququndan keçərək özünü bu yolda fəda edən Birinci və İkinci Qarabağ müharibəsində, eləcə də Antiterror əməliyyatı zamanı Ermənistanın təcavüzünün qurbanına çevrilən Vətən övladlarının – Ordubad bölgəsindən olan şəhidlərin həyatından və onların erməni qəsbkarlarına qarşı qəhrəmanlıqla apardıqları döyüş rəşadəti öz əksini tapmışdır.

Azərbaycan Respublikası Prezidenti – Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə “Dəmir Yumruq” kod adı altında aparılmış əməliyyatdan – 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərdən bəhs olunur.
Qafqaz İslam Ordusunun qardaş köməyinə gəlmiş, həlak olmuş və Ordubad rayon ərazisində dəfn edilmiş Türk şəhidləri haqqında da məlumat verilir.

Kitab uca şəhidlərimizi yaşatmaq, gənc nəslə yaxından tanıtmaq, onlara vətənpərvərlik keyfiyyətləri, müzəffərlik, yenilməzlik əhval-ruhiyyəsi aşılamaq, eyni zamanda qanlı və şanlı tariximiz ilə bağlı yaddaşımızı möhkəmləndirmək və ümumilikdə maarifləndirmə işinə dəstək göstərmək məqsədi ilə çap edilmişdir.

Fəlsəfə doktoru Yəhya Babanlının tərtibatçılığı ilə ərsəyə gətirilən kitabın ön söz müəllifi böyük filosof-şair Rüstəm Behrudi, məsləhətçiləri müdrik ziyalılar Şəmsəddin Xanbabayev və Həsən Abbasov, redaktorları dəyərli vətənpərvərlər Ramazan Səfərov və Qoşqar Əsədzadədir. 

Sanballı redaksiya heyətinə malik olan kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://unikal.az
archiveBu xəbər 03 Dekabr 2024 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri