Icma.az
close
up
RU

150 milyon uşağın doğum qeydiyyatı yoxdur

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

UNICEF (Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu) dünya üzrə 150 ​​milyon uşağın əhali qeydlərindəki çatışmazlıqlar səbəbindən rəsmi şəxsiyyət vəsiqəsinə malik olmadığını, bu isə onları hüquqları baxımından “görünməz” etdiyini açıqlayıb.

Gununsesi.info Türkiyə KİV- ə istinadən xəbər verir ki, hüquqi şəxsiyyətləri olmayan 150 milyon uşaq vətənsiz olmaq və hüquqlarının pozulması riski altındadır.

Qeydiyyatda olmayan 150 milyon uşaqdan başqa, qeydiyyatda olan, lakin rəsmi doğum şəhadətnaməsi olmayan 50 milyon uşaq var. Doğum haqqında şəhadətnamə nəinki uşaq əməyi və məcburi nikah kimi problemlərdən qoruyur, həm də səhiyyə xidmətləri üçün tələb olunur.

Doğum qeydi nisbətləri Latın Amerikası və Karib hövzəsində yüzdə 95, Şərqi və Cənub-Şərqi Asiyada yüzdə 94, Mərkəzi və Cənubi Asiyada yüzdə 78-ə çatdı. Sahara-altı Afrika ölkələri bu sahədə yüzdə 51 doğum qeydi nisbəti ilə seçilir və dünyadakı qeydiyyatdan keçməmiş uşaqların yarısından çoxunun (90 milyon) bu regionda olduğu bildirilir.

Dünyada bir çox ailələr doğumun qeydiyyatı ilə bağlı maneələrlə üzləşməkdə davam edirlər. Bu maneələr əsasında; Siyasi iradənin zəifliyi, qeydiyyat haqqında məlumatın olmaması, yüksək qeydiyyat rüsumları, xərclərin yüksək olması, bəzi yerlərdə cinsiyyət, etnik mənsubiyyət və din, ayrı-seçkiliyi kimi amilləri göstərmək olar.

UNICEF hər bir uşağın hüquqi tanınmasını və müdafiəsini təmin etmək üçün beş təməl qaydaya əməl etməyə çağırır:

Hər bir uşaq doğulan kimi qeydiyyata alınmalıdır – çünki həyatın bütün mərhələlərində rəsmi şəxsiyyətə malik olmalıdır.

Qeydiyyat proseslərinin standartlaşdırılması – əhalinin qeydiyyatı xidmətlərinin təkmilləşdirilməsi və rəqəmsal transformasiyanın dəstəklənməsi.

Səhiyyə, sosial müdafiə xidmətləri və təhsil proqramlarının genişləndirilməsi – doğumun qeydiyyatının artırılması.

Əsas hüquqi islahatları həyata keçirin – əhalinin qeydiyyatı və statistika sistemlərini əhatəli və ədalətli etmək.

İcmaların gücləndirilməsi – vətəndaşlıq qeydiyyatı xidmətlərini hüquqi olaraq tələb etmək.

Hər bir uşağın qeydiyyata düşmək və doğum haqqında şəhadətnamə almaq hüququ olmalıdır. Bu, uşaqların hüquqi tanınması, qorunması və dəstəklənməsi üçün lazımdır.

Günel Həsənova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 Dekabr 2024 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see416

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see330

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see324

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see264

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see234

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see234

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see231

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see227

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see211

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see207

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see198

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see197

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see195

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see195

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see194

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see186

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see185

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see179

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri