Icma.az
close
up
RU
1500 illik qızıl sikkə xəzinəsi tapılıb

1500 illik qızıl sikkə xəzinəsi tapılıb

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


İsraildə Qalileya dənizi yaxınlığındakı qədim Hippos şəhərində çalışan arxeoloqlar təxminən 1500 il əvvələ aid qiymətsiz Bizans xəzinəsi aşkar ediblər.
Reyting.az
xəbər verir ki, adi bir daşın altında metal detektorun siqnalından sonra tapılan xəzinə zərb edilmiş kimi görünən 97 qızıl sikkə və onlarla zərgərlik əşyasını ehtiva edir.
Mütəxəssislər xəzinənin Sasani işğalı zamanı sığınacaq axtaran varlı bir ailə tərəfindən basdırıldığına inanırlar.
Xatırladaq ki, keçən ilin iyul ayında qədim Hippos (Sussita) şəhərində aparılan qazıntılar zamanı iki bazalt divar arasındakı daşın altından keçən metal detektorun yaydığı siqnal arxeoloqların böyük bir kəşfə imza atmaları ilə nəticələnmişdi.
Bir vaxtlar parça ilə bükülmüş xəzinə 1500 il əvvələ aid bir sirr saxlayırdı.
Xəzinə Bizans İmperiyasının müxtəlif dövrlərinə aid 97 qızıl sikkə ehtiva edir. Sikkələrin demək olar ki, yeni vəziyyəti, I Yustin hakimiyyətindən (518-527) Heraklius hakimiyyətinə (610-641) qədər geniş bir dövrü əhatə edir və mütəxəssisləri heyrətləndirib.
Kolleksiyaya yüksək qızıl tərkibli böyük Roma sikkələri olan solidi və daha kiçik nominallı semissis və tremissi daxildir.
Tədqiqatçıların diqqətini xüsusilə bir sikkə cəlb edib: nadir bir tremissis, ehtimal ki, 610-cu ildə Kiprdə İmperator Heraklius və oğlu tərəfindən İmperator Fokasa qarşı üsyan zamanı zərb edilib.
Hayfa Universitetinin arxeoloqu Maykl Eyzenberq sikkənin tarixi əhəmiyyətini vurğulayaraq deyib: "Üsyançılar Konstantinopola doğru irəliləyərkən fəth etdikləri ərazilərdə öz sikkələrini zərb edirdilər".
V. QULİYEV
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://reyting.az
archiveBu xəbər 27 Oktyabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see370

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see359

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see300

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see290

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see288

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see284

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see280

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see265

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see240

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see231

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see227

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see226

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see225

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see222

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see218

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see218

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see216

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see201

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see187

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri