1500 məktəbin bağlanacağı ilə bağlı xəbərə nazirdən Reaksiya
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Xəbər verdiyimiz kimi, Milli Məclisin plenar iclasında deputat Ceyhun Məmmədov Azərbaycanda 4400 məktəbdən 1500-nün bağlanmasının planlaşdırıldığını açıqlayıb.
“Qafqazinfo”nun məlumatına görə, elm və təhsil naziri Emin Əmrullayev feysbukda sözügedən məsələyə aydınlıq gətirib.
“Bu, doğru məlumat deyil. Bu barədə bir qədər sonra açıqlamamız olacaq. Bu, əvvəllər də qeyd etdiyim “eşitdiyini və ya oxuduğunu doğru anlamamaq” problemindən irəli gələn məsələdir. Aydınlaşdırmaq üçün daha detallı məlumat ictimaiyyətə ən qısa zamanda təqdim ediləcək”, - deyə nazir bildirib.

Nazirdən 1500 məktəblin bağlanacağı xəbərinə daha bir reaksiya
27 Noyabr 2024 20:23
Nazirdən 1500 məktəblin bağlanacağı xəbərinə daha bir REAKSİYA
27 Noyabr 2024 19:43
1500 məktəbin bağlanacağı xəbəri iə bağlı nazirdən AÇIQLAMA
27 Noyabr 2024 19:23
1500 məktəbin bağlanacağı xəbəri ilə bağlı nazirdən geniş açıqlama
27 Noyabr 2024 20:12
1500 məktəb bağlanır? Nazirdən REAKSİYA
27 Noyabr 2024 17:01

