Ramin Musayev: “İnanmıram ki, “Sabah” “Neftçi”yə liderliyi versin”
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Bu mövsüm maraqlı oyunların şahidi oluruq. Əvvəllər daim “Qarabağ”ın son iki mövsümdə isə “Sabah”ın liderlik uğrunda mübarizə aparmasına öyrəşmişdik”.
Bu sözləri Peşəkar Futbol Liqasının sabiq prezidenti Ramin Musayev Misli Premyer Liqasının ilk dövrəsini dəyərləndirərkən deyib.
Keçmiş funksioner çempionatda rəqabətin artmasını müsbət hal kimi qiymətləndirib.
“Çempionatda rəqabət nə qədər güclü olarsa, bir o qədər yaxşıdır. Xüsusilə bölgə təmsilçisi “Turan Tovuz”u fərqləndirmək istəyirəm. Həmişə paytaxt klublarının çempion olması azarkeşlərdə müəyyən yorğunluq yaradıb. Düşünürəm ki, Tovuz klubu avrokuboklara vəsiqə qazanacaq. Həmçinin “Şamaxı” və “Kəpəz” də ürəkaçan futbol nümayiş etdirirlər. Məni “Qəbələ”nin hazırkı durumu narahat edir. Yəqin ki, qış fasiləsində həyata keçiriləcək transferlər hesabına vəziyyəti düzəldə bilərlər”, - deyə o sport24.az-a açıqlamasında bildirib.
Musayev “Neftçi”nin liderliyini qorumaq şansından danışıb:
“Hazırda turnir cədvəlinin lideri “Neftçi”dir. Maraqlıdır, mövsümün sonuna qədər bu mövqeyi qoruya biləcəklərmi? İnanmıram ki, “Sabah” buna imkan versin. Çempionlar Liqasında Valdas Dambrauskasın komandası rəqiblərindən çəkinmədən, öz futbolunu nümayiş etdirir. Açığı, onun bu qədər güclü mütəxəssis olduğunu gözləmirdim. Sonda “Qarabağ”ın bu mövsüm nisbətən zəif çıxışını heyətdəki dəyişikliklərlə əlaqələndirirəm. Sözsüz ki, yeni transferlərin komandaya və bir-birinə uyğunlaşması üçün vaxt lazımdır. Bununla belə, inanmıram ki, “Qarabağ” avrokuboklardan kənarda qalsın”.
Qeyd edək ki, Misli Premyer Liqasının ilk dövrəsindən sonra “Neftçi” 24 xalla turnir cədvəlinə başçılıq edir. “Sabah” və “Turan Tovuz” hərəyə 21 xalla ikinci-üçüncü yerləri bölüşürlər. “Qarabağ” isə 19 xalla dördüncü pillədə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 12 Noyabr 2026 14:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















