Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 yaşlı gəncin ərindən boşanan bibisi qızı ilə sevgi macərası: Yad kişiylə... ŞOK

16 yaşlı gəncin ərindən boşanan bibisi qızı ilə sevgi macərası: Yad kişiylə... ŞOK

Teleqraf.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Lənkəran rayonunda 2007-ci il təvəllüdlü Təhməz sevgi münasibətində olduğu qohumu Laləyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə 24 dekabr 2023-cü ildə Lənkəran rayonunun kəndində baş verib.

Təhməz həmin gün saat 10 radələrində bibisi qızı Lalənin yaşadığı evə gedib, onu sevdiyini bildirib, həmkəndlisi İntiqamla əlaqəsinin olub-olmadığını soruşub. Mübahisə zamanı qonaq otağındakı masanın üzərində olan mətbəx bıçağını götürüb və Lalənin qarın nahiyəsinə zərbə vurub.

İstintaq orqanı tərəfindən Təhməzin barəsində Cinayət Məcəlləsinin 126.2.3 (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma) və 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham elan edilib.

“Laləgildə qalırdım”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Təhməz elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, Lalə ərindən boşanıb, anasının evinə gəldikdən sonra onunla münasibəti yaranıb: “Təxminən bir il yarım aramızda sevgi münasibəti oldu. Telefonla danışdıq, görüşdük, dəfələrlə onların evində cinsi əlaqədə olduq. Məndə Lalənin çox saylı şəkilləri vardı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2021-2022-ci illərdə Laləgildə də qalıb: “Bibim evdə olmayanda Laləylə cinsi əlaqədə olmuşam. Mənim Laləgildə qalmağımı yaşadığımız kənddə çox adam bilirdi. Masallı rayonuna və Bakı şəhərinə işləməyə gedib-gəldikdən sonra gecə vaxtı əmimgilə gedəndə İntiqamı Laləgilin evlərinin qarşısında gördüm. Ondan burada nə gəzdiyini soruşdum, Lalənin çağırdığını dedi. Amma nə üçün çağırdığını söyləmədi. Heç mən də İntiqamın ora nə üçün gəldiyi ilə maraqlanmadım. Düşündüm, bəlkə nəsə işləri var, İntiqamı bibim çağırıb.

Lalə ilə İntiqam arasında münasibətin olması ağlıma gəlmədi. Həmin günün səhəri Laləgilə getdim, anası evdə deyildi. Lalənin telefonunda İntiqamın nömrəsini gördüm. Nömrənin nə üçün onda olmasını soruşdum, anasının İntiqama zəng vurduğunu dedi.

Bundan 7-8 ay sonra İntiqamı yenidən Laləgilin evlərinin yanında gördüm. Yenə səbəbini soruşdum. Lalə İntiqamla əlaqəsinin olmasını etiraf etdi”.

“Etiraf elədi, vurdum”

Təhməz deyib ki, 24 dekabr 2023-cü ildə saat 10 radələrində Laləgilə gedib: “Söhbət zamanı İntiqamla əlaqəsi olduğunu, onunla yaxınlıq etdiyini bildirdi. Mən də əsəbləşərək Lalənin yanında olan bıçağı götürüb ona bir zərbə vurdum.

Bıçağı vurduqdan sora Lalə yıxılmaq istəyəndə onu yıxılmağa qoymadım, tutdum. Bıçağın dərin batdığını fikirləşdim. Özünü pis hiss edirsə, xəstəxanaya aparmağımı, təcili tibbi yardım çağırmağımı təklif elədim. Lalə isə hər şeyin qaydasında olduğunu dedi, xəstəxanaya getmək istəmədi. Həmçinin xahiş elədi ki, gedim, anası gələndə məni görməsin.

Onun sözünə qulaq asmadım, qaldım. Bint, spirt alıb gətirdim, yarasını bağladım. Lalənin anası gələndən sonra nənəmgilə getdim”.

“Anasının telefonu ilə əlaqə saxlayırdım”

Təqsirləndirilən şəxs bildirib ki, Lalə üçün yara binti alıb: “Bunu binti aldığım şəxs, həmin yerin yanında olan bibim oğlu Vasif və digər şəxslər də təsdiq edə bilərlər. Lalə ilə nənəmgilə getməyimi nənəm Sənəm, qohumlarımız Bahar və Yaqub da təsdiq edərlər.

İşdə adı keçən İntiqam qonşumuzdur. Onunla Laləylə əlaqəsi barədə danışmamışam. Ondan Laləgilin evinin yanında nə işinin olduğunu soruşmuşam.

İntiqamı gecə saat 22 radələrində Laləgilin həyətinə giriş qapısının yanında dayanmış vəziyyətdə görmüşəm. Həmin vaxtı bibim də evdəydi. Hadisə baş verəndən 7-8 ay əvvələ qədər Lalənin telefonu yoxuydu. Onunla anasının telefonu vasitəsi ilə əlaqə saxlayırdım”.

“Uşaq yanımızda deyildi”

Təhməzin ifadəsinə görə, Bakı şəhərindən sonuncu dəfə işdən 9 oktyabr 2023-cü ildə gəlib: “Bundan sonra Bakı şəhərinə getmədim. Mənim öz evim yoxdur, uşaqlığımdan qohumların evində, o cümlədən Laləgildə qalmışam. Bibimin qızı ilə münasibətimdən, onu sevməyimdən xəbəri olmayıb.

Laləni bıçaqla vurmağımın səbəbi onu İntiqama qısqanmağım oldu. İntiqamı hadisədən bir gün əvvəl görmüşdüm. Lalədən İntiqamla əlaqəsi barədə soruşdum, cavab məni qane etmədiyi üçün onu bıçaqla vurmuşam. Lalə İntiqamla əlaqəsinin olmasını mənə etiraf etmədi.

Hadisədən 7-8 ay əvvəl Lalənin telefonunda İntiqamın mobil nömrəsi bloklanmış nömrələr siyahısındaydı. Ondan bunun səbəbini soruşdum. Bəhanə gətirdi, İntiqamla anasının danışdığını dedi. Bu səbəbdən əsəbləşib Lalənin telefonunu sındırdım. Sonra da ustaya aparıb düzəltdirdim.

Hadisə vaxtı əvvəl Laləni vurmaq niyyətim yoxuydu. Lakin sözlərinə əsəbləşərək onu vurdum. Laləni vuranda azyaşlı oğlu Cavid otaqdaydı. Amma mənim Laləni vurmağımı görmədi. Laləni eyvanda vurdum, Cavid isə otaqdaydı. O, yalnız mübahisələrimizi eşitdi. Amma anasını vurduqdan sonra yanımıza gəldi.

Nənəmgilə gedəndə ona Laləni bıçaqla vurmağım barədə heç bir söz demədim. Laləyə ağır xəsarət yetirmək məqsədim yoxuydu. Hadisə ani baş verdi. Vurduğum bıçağın tiyəsi təxminən 3-4 santimetr Lalənin qarın nahiyəsinə keçdi”.

“Ailə qurmaq fikrim vardı”

Təqsirləndirilən şəxs qeyd edib ki, Lalə onunla danışdığı vaxt onu əsəbləşdirib: “Özümü saxlaya bilməyib bıçağı götürdüm və vurdum.

Mən İntiqamla Laləni bir yerdə görməmişəm. Lakin onların sözlərinin uyğun gəlmədiyini hiss edəndə şübhəmə əmin oldum. Onların əlaqəsini sübut etdim. Çünki Lalənin telefonunda İntiqamın telefon nömrəsini aşkarlamışdım.

Mənim Laləylə ailə qurmaq fikrim vardı. Fikrimi bıçaqla vurmamışdan əvvəl və bıçaqla vurduğum gün də ona demişdim. O da mənə hərbi xidmətə gedib-gəldikdən sonra evlənəcəyimizi dedi.

Əməlimdən peşmanam. Lalədən məni bağışlamasını xahiş etdim, amma məni bağışlamadı. İntiqam yalan danışır, onun Lalə ilə əlaqəsi olub”.

“Anama deməyə qorxdum”

İş üzrə zərərçəkmiş qismində ifadə verən Lalənin sözlərinə görə, Təhməzin onu sevdiyini eşidib: “Ancaq yaxınlaşaraq məni sevdiyini deməyib. Təhməz də, mən də eyni kənddə yaşayırıq. O bizə gəlib-gedirdi. Həmin vaxtlar anam da evdə olurdu. Mən tək olanda Təhməz bizə gəlməyib. Mənim telefonum olmayıb.

Təhməzgilin evləri bizə yaxındı. O məni ev bıçağıyla vurdu. Həmin vaxt 2021-ci il təvəllüdlü oğlum Cavid də yanımdaydı.

Təhməz gedəndən bir az sonra anam evə gəldi. Təhməzin məni bıçaqladığını anama oğlum dedi. Özüm anama deməyə qorxdum. Yaramı Təhməz özü bağladığı üçün qan axmadı.

Təhməzin mənim şəkillərimi hansı məqsədlə çəkdiyini bilməmişəm. Hətta şəkilin birini o mənim özümə çəkdirmişdi. Təhməzi bağışlamamışam, onunla barışmaq istəməmişəm. Ondan şikayətçiyəm”.

“Sevgi münasibətim olmayıb”

Zərərçəkmiş şəxs qeyd edib ki, hadisədən sonra Təhməz onun yanında təxminən 4 saat müddət ərzində qalsa da, onu xəstəxanaya aparmayıb:

“Bu müddət ərzində mənim yaramı sarıyıb, amma yalan danışır, yaramı bağladığı bint evimizdəydi. Yaramı bağladıqdan sonra onunla nənəmgilə getməmişik. Çünki nənəmgillə danışmırdıq.

Təhməzlə aramızda sevgi münasibəti olmayıb, onunla cinsi əlaqədə olmamışam. Sevgi barədə danışmamışıq, mütəmadi telefon əlaqəsi saxlamamışıq, mesajlaşmamışıq. Təhməz məni vurandan sonra yerə yıxmaq istədi, lakin mən yıxılmadım. O mənə xəstəxanaya aparmağı təklif etmədi. Əksinə özüm ona məni xəstəxanaya aparmasını istədim. Lakin Təhməz imtina elədi. Təcili yardıma anam zəng vurdu.

Təhməz məni bıçaqlayandan sonra 4 saat bizdə qalıb hadisə barədə kiməsə məlumat verməyə qoymadı. Kiməsə məlumat verilməməsi üçün aktiv hərəkət etmədi, əllərimi tutmadı. Sadəcə evdə qaldı, kiməsə məlumat verməyi lazım bilmədiyini dedi.

Xəstəxanada cərrahiyyə əməliyyatı edildikdən sonra bir həftə stasionarda yatdım, sonra evə buraxıldım. Təhməz mənə ailə qurmaq istədiyini də deməyib”.

Zərərçəkmişin ifadəsinə görə, oğlu Cavid onların yanına sonradan gəlməyib, Təhməzin onu bıçaqla vurduğunu görüb, qışqıraraq ağlamağa başlayıb.

Lalə bildirib ki, əri Rusiya Federasiyasında evləndiyi üçün ondan boşanıb: "Ərim mənimlə ailə qurduqdan sonra Rusiyaya getdi. O, uşağı ilə danışır, arada aliment ödəyir”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Təhməzin ittiham olunduğu Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddəsi həmin məcəllənin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib.

Təhməz 3 il müddətinə azadlıqdan məhrum edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 30 Yanvar 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri