Icma.az
close
up
RU
Ərindən boşanan qadın qardaşına dəhşət yaşatdı: Bütün dostlarınla yatacam... Şok

Ərindən boşanan qadın qardaşına dəhşət yaşatdı: Bütün dostlarınla yatacam... Şok

Teleqraf.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Ağcabədi rayonunda 1991-ci il təvəllüdlü Kənan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı bacısı Səmayəni (adlar şərti verilib – red.) qətlə yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Kənan bacısının ayrı-ayrı kişilərlə münasibət qurmasını ailəsinin şərəf və ləyaqətini alçaldan, namusuna ləkə gətirən hərəkət hesab edib. 5 iyun 2024-cü il saat 23 radələrində o, yaşadıqları qəsəbənin ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı hissəsində Səmayənin birotaqlı evinə daxil olub. Metal linglə ona bir neçə zərbə endirib. Qadın aldığı xəsarətlərdən ölüb.

İstintaq orqanı tərəfindən Kənanın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kənan ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2022-ci ilin may ayında bacısı Səmayə ilə əri Turalın arasında mübahisə olub: “Səmayə Turalı təhqir edərək nalayiq ifadələr işlətdi. Ərinin onu əxlaqsızlıqda ittiham etməsini böhtan adlandırdı.

Turaldan Səmayəni nə üçün əxlaqsızlıqla ittiham etməsini soruşdum. Bildirdi ki, onun yad kişilərlə telefon yazışmalarını tutub. Bir müddət sonra onların yenidən dalaşdığını, Səmayənin boşanmaq istədiyini eşitdim. Səmayəylə söhbətdə boşanma səbəbilə maraqlandım. Ərinin ona böhtan atdığını dedi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, atasının yasında bacısı Səmayənin telefonuna zəng gəldiyini, telefonun ekranında “Su” yazıldığını, Səmayənin özünü şübhəli apardığını müşahidə edib: “Zəng edənin kimliyini maraqlandım. Səmayə su idarəsindən zəng olunduğunu bildirdi. O, yan otağa keçdi, telefonla səmimi şəkildə nələrsə danışdı.

Səmayəni yanıma çağırıb kiminlə danışdığını soruşdum. Suya borcu var deyə zəng gəldiyini dedi. Axşamı Səmayə qəflətən Bakı şəhərinə getdi. Tural bizə telefon nömrələri qeyd edilmiş siyahı göstərdi, arvadının həmin siyahıda olan mobil nömrə istifadəçiləri ilə danışdığını və əxlaqsız həyat tərzi keçirdiyini bildirdi. Ona əgər Səmayənin əxlaqsızlıqla məşğul olmasını hesab edirsə, ondan boşanmalı olduğunu dedik”.

Kənanın sözlərinə görə, 2023-cü ilin yanvarında Səmayə Bakı şəhərindən qəsəbəyə qayıdıb, bir neçə ay kiçik bacısı Məlahətgildə qalıb: “Gecə təxminən saat 2-3 radələrində Ağcabədidə şəhərdən keçən zaman Səmayənin kollecin qarşısında dayandığını gördüm.

O, təxminən 2023-cü ilin aprel-may aylarından bizimlə birlikdə yaşamağa başladı. Evimizə köçdükdən sonra həyətin giriş hissəsinin sağında yerləşən bir otaqdan ibarət tikilidə qalırdı.

Səmayə evə qayıtdıqdan sonra ondan əxlaqsız hərəkətlərdən əl çəkməsini, evinə yığışmasını tələb etdim. O isə məni daha da qıcıqlandırmaq üçün bütün dostlarımla gəzib, başımı aşağı edəcəyini dedi.

Bir dəfə Ağcabədi şəhərində “Gənclər Mərkəzi” deyilən yerdə yemək yeyəndə Səmayənin, oğlunun və əlavə 3-4 kişinin səsini eşitdim. Səmayə uşağını da götürərək yad kişilərlə birlikdə yemək yeyirdi. Dəfələrlə onun müxtəlif markalı avtomobillərə minib-düşməsini eşitmişdim. Ailəm qəsəbədə yaşayan camaat arasında biabır olmuşdu. Səmayə həmçinin siqaret çəkir, spirtli içki içirdi. Telman adlı şəxslə münasibət qurmuşdu. Telman mənə Səmayənin özünün ondan əl çəkmədiyini dedi.

Namusumu təmizləmək üçün Telmanı cəzalandırmaq istəsəm də, təqsirin onda deyil, Səmayənin özündə olduğunu düşündüm. Bütün bunlardan sonra onu öldürmək qərarına gəldim”.

Kənanın ifadəsinə görə, 2 iyun 2024-cü ildə evin həyətində Səmayənin telefonda Telmanla danışdığını eşidib: “Mən yenidən Telmana zəng edərək danışdım. Bir neçə saat sonra Səmayə vatsapda mənə səsyazısı və mətn göndərdi. Səsyazılarında, mətndə Səmayə məni və ailəmi əxlaqsız söyüşlərlə təhqir edir, Telmanla istədiyi kimi yaşayacağını bildirirdi. Bundan sonra Səmayəni öldürmək qərarına gəldim. Lakin uyğun şərait yox idi”.

Kənan qeyd edib ki, iyunun 5-də təxminən saat 19 radələrində işdən evə qayıdıb, uşaqları ilə oynayaraq vidalaşıb: “Təxminən saat 20 radələrində Səımayəni necə öldürəcəyimi planlaşdırdım.

Saat 22 radələrində Səmayə evin həyətinə daxil oldu. O, qəsəbə ərazisində yerləşən marketdə satıcı işləyirdi. Evə çatdıqda yenə telefonla kiminləsə danışmağa başladı. Danışa-danışa yaşadığı otaqdan paltarlarını götürərək çimmək üçün hamama girmək istədi. Mən vaxt qazanmaq üçün Səmayədən əvvəl hamama girdim.

Təxminən saat 23 radələrində hamamdan çıxıb həyətdə gözlədim. Səmayə hamama daxil oldu, təxminən 5-10 dəqiqə sonra çıxdı. Telefonla danışa-danışa yaşadığı otağa girdi.

Həyət qapısını bağlayıb, tövlənin divar hissəsinə söykədilmiş metal lingi götürdüm. Səmayənin yaşadığı otağın qapısını açaraq içəri daxil oldum, yenidən qapını örtdüm. Səmayə çarpayıda, başı evin pəncərəsi tərəfdə arxası üstə uzanmışdı, üzərində sinəsinə qədər çəkilmiş ədyal var idi. Oyaq idi, uzanıqlı şəkildə mobil telefonu qurdalayırdı.

Səmayənin telefonuma göndərdiyi səsyazılarını ona dinlətdim, övladımı, arvadımı nə üçün təhqir elədiyini, niyə əxlaqsız həyat tərzi keçirdiyini soruşdum. O, çarpayıda sağ çiyni üzərinə çevrilərək uca səslə dedi ki, nə edibsə, yaxşı eləyib”.

Kənan bildirib ki, daha sonra telefonu arxa cibinə qoyub, sağ ayağının arxasında gizlətdiyi lingi götürərək Səmayənin sol böyrünə zərbə endirdim: “O, yarıbükülü halda ayağa qalxmaq istədi və koftamın yaxasından tutdu. Ayağım otağın divarının yaxınlığında olan plastik su bidonuna ilişdi, büdrədim. Səmayə koftamın yaxsından tutaraq ayağa qalxmaq istəyəndə badalaq vuraraq onu yerə yıxdım. Koftamın yaxası cırıldı, ədyal Səmayənin üstündən yerə düşdü. Gördüm ki, Səmayənin üzərində heç bir paltar yoxdur. O, uca səslə məni, ailəmi əxlaqsız söyüşlərlə təhqirə davam etdi.

Növbəti dəfə Səmayənin sağ hissəsinə keçərək linglə kürəyinə zərbə endirdim. Daha sonra tez baş hissəsinə keçib boyun və kürəyinə linglə sayını dəqiq xatırlamadığım qədər zərbələr endirdim. Sonuncu dəfə linglə baş nahiyəsinə güclü zərbə vurdum.

Səmayə hərəkətsiz halda döşəmənin üstündə ağzıüstə sərili vəziyyətdə dayandı və ətrafı qan bürüdü. Lingi divara söykədim, otağın qapısını açıb çölə çıxmaq istəyəndə anam yaxınlaşdı, qışqıraraq nə baş verdiyini soruşdu. Ona Səmayəni öldürdüyümü dedim. Anam qışqıraraq darvazadan çölə qaçdı.

Otağın qarşısındakı pilləkəndə oturub Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzinə zəng etdim, bacımı öldürdüyümü bildirdim və hadisə yerinə gəlmələrini xahiş etdim. Polislər gələnə qədər yaxası cırılmış koftamı arvadıma verdim, geyinmək üçün ondan başqa kofta aldım. Könüllü şəkildə polisə təslim oldum”.

İş üzrə şahid qismində ifadə verən Telmanın sözlərinə görə, 2023-cü ilin mayında Səmayə ilə ilk dəfə rayonun kəndlərindən birinin ərazisində kafedə tanış olublar: “Bundan sonra Səmayə ilə danışmağa başladım və görüşdük. Sonradan onun rayon ərazisində başqa kişilərlə də qeyri-əxlaqi münasibəti olmasını öyrəndim və ondan uzaqlaşmaq istəyimə baxmayaraq məndən əl çəkmədi. Ünsiyyəti kəsmək istəyəndə iş yerimə getdi.

Səmayə ilə Ağcabədi rayonu ərazisində və Bakı şəhərində görüşərək cinsi əlaqədə olmuşuq. Kənana bacısının spirtli içki qəbul edib, iş yerimə gələrək məni narahat etdiyini dedim. Kənan məni tanıdığını, hər şeydən xəbəri olduğunu bildirdi. Telefonda danışığı zaman Səmayə ilə münasibətləri kəsməyimi tələb etdi və bacısı barəsində tədbir görəcəyini dedi.

Bir neçə gün Səmayə ilə münasibəti kəsdim, hətta telefon nömrəmi də dəyişdim. Lakin Səmayə mənim nömrəmi öyrənərək yenidən zəng etdi. Məcbur qalaraq yenidən Səmayə ilə danışdım”.

Telman qeyd edib ki, iyunun 2-də Kənan zəng edərək Səmayə ilə münasibətini dayandırmamasının səbəbini soruşub: “Ona Səmayənin əl çəkmədiyini dedim. Kənan əlaqəni kəsməyimi yenidən tələb etdi.

Kənanın zəngindən sonra aramızda olan söhbət barədə Səmayəyə məlumat verdim və qardaşının tələbini dedim. Bundan sonrakı günlərdə də Səmayə ilə telefonla danışdım. İyunun 6-da gecə saat 1 radələrində işdə olan zaman Kənanın Səmayəni öldürdüyünü eşitdim”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Kənan 9 il müddətinə azadlıqdan məhrum edilib.

Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 08 Yanvar 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri