Icma.az
close
up
RU
17 ildən sonra yenidən ləğv olunan limit: İnkişaf? TƏHLİL

17 ildən sonra yenidən ləğv olunan limit: İnkişaf? TƏHLİL

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

AFFA-nın İcraiyyə Komitəsi dünən keçirilən iclasında böyük islahatlara ehtiyac duyaraq Misli Premyer Liqasında legioner limitini ləğv edib. Bu addım Azərbaycan futbolu və onun ətrafında böyük müzakirələrə səbəb olub.

Limitin ləğvinin tərəfdarları və əleyhinə olanlar öz fikirlərini müəyyən faktlarla əsaslandırırlar. Maraqlıdır, görəsən tarix nə deyir?

İdman.biz Azərbaycan futbol tarixini vərəqləyib legioner limitinin təsirini üzə çıxarıb.

PFL yarananda atılan addım
Futbol ictimaiyyətinin gənc və o qədər stajlı olmayan nümayəndələri bəlkə də bu addımı bir ilk ilk, bir yenilik kimi qəbul edir. Amma əslində tarix təkrarlanır!
2008-ci ildə AFFA-ya yeni rəhbərlik gələndə, az sonra PFL təsis olunanda da belə addım atılıb. Yəni Azərbaycanda legioner limiti 2-ci dəfə ləğv olunur.
2008-ci ildə AFFA meydanda rəqabət yaranması, daha güclü olanların oynaması, kiminsə daşıdığı pasporta görə güzəşt kimi “11-lik”də yer qazanmamasının zəruriliyini ilk dəfə dərk edib. Həmin vaxt iyulun 7-də legioner limiti ləğv olunub. Bu, iki mövsüm qüvvədə qalıb. 2008/09 və 2009/10 mövsümlərində hər bir komanda meydana istədiyi sayda, hətta 11 əcnəbi buraxmaq imkanı qazanıb. İki mövsüm qüvvədə olan bu sərbəst limit PFL-in yarandığı, Ramin Musayevin quruma rəhbərlik etdiyi ilk illəri əhatə edib.

Kim uduzdu, kim uddu
Legioner limitinin ləğvi dünyanın istənilən yerində olduğu kimi Azərbaycanda da daha imkanlı klubların işinə yarayıb. 2008/09 mövsümündə “Bakı” və “İnter” sonadək çempionluq mübarizəsi aparıb. Yekunda Qyoko Hacıyevskili “Bakı” bir xallıq üstünlüklə qızıl medallar qazanıb. 2009/10 mövsümündə isə Kaxaber Tsxadadzenin “İnter”i çempion adına sahib çıxıb. Həmin mövsüm son turunun intriqası ilə tarixə düşüb. “Xəzər Lənkəran”, “Bakı” və “İnter” və “Qarabağ” mükafatları son turda “bölüşdürüblər”. Limitin ləğvindən uduzanlar isə “kasıblar”, rəqabət apara bilməyən, ayaqlaşmayanlar olub. Öncə MOİK və “Bakılı”, növbəti il isə sponsorlarsız qalan “Karvan”la “Standard” Premyer Liqanı tərk edib.

Qurban Qurbanovun ilk sevinci
Adını Azərbaycan futbol tarixinə yazan Qurban Qurbanovun baş məşqçi kimi inkişafı və uğurları da legioner limitinin ləğvi dövrünə təsadüf edib. “Neftçi”də titul qazana bilməyən və bu üzdən postunu itirən, həmin vaxt gənc olan Qurbanov “Qarabağ”a yeni komanda qurmağa gətirilib. Az əvvəl Rasim Karanın gəncləşdirmə siyasəti apardığı heyəti legionerlərlə zənginləşdirən, yerlilərlə əcnəbilərin sintezini yaradan Qurbanov elə ilk mövsümündə karyerasının 1-ci tutulunu qazanıb. Ağdam klubu kuboku qazanmaqla Avropa Liqasına vəsiqə qazanıb.

Limitsizlikdən pley-offa
Limitsiz ilk çempionatın yekununda Avropaya yollanan komandalar artıq oturuşmuş, azad qurulan heyətlə Avropada da söz deməyə başlayıblar. 2009/10 mövsümündə tarixdə ilk dəfə təmsilçimiz, özü də bir deyil iki klubumuz avrokuboklarda pley-off həyəcanı yaşayıb. Düzdür, həm “Bakı”, həm “Qarabağ” bu səddi aşa bilməyib. Amma həmin limitsiz dövrdən klublarımızın pley-off macəraları başlayıb ki, sonradan bu tendensiya qrupa qədər davam edib.

“Qarabağ”ı yüksəldən yenilik
Bu gün Azərbaycan futbolunun şəksiz lideri olan “Qarabağ”ın yüksəlməsində Qurban Qurbanovun əvəzsiz xidmətləri və onun elə ilk illərdən formalaşdırdığı heyətin rolu olub. Limitin olmadığı illərdə legionerlərlə rəqabət yaranan klubda gənclərin inkişafı üçün şərait yaranıb. Məhz həmin vaxt Maksim Medvedev, Qara Qarayev, Əfran İsmayılov, Rauf Əliyev, Vaqif Cavadov kimi gənclər əcnəbilərlə çətin rəqabət aparmalı idi. Təbii ki, bu rəqabətdə uduzan, hətta futbolçu ola bilmədiyini dərk edib karyerasını bitirənlər də olub. Amma meydandakı yeri pasportuna, vətəndaşlığına görə təmin olunmadığı üçün səylə çalışan və heyətə düşməyi bacaranlar sonra uzun illər həm “Qarabağ”a, həm futbolumuza faydalı olublar. Yəqin ki, onlar meydana güclərinə görə deyil, limitə görə çıxsaydılar, inkişaf etməz və bu qədər faydalı olmazdılar. Hər halda, limitə görə oynayan, sonradan “yoxa çıxan” onlarla futbolçular da göz önündədir.
Millinin inkişafı
Millinin tarixinə nəzər salsaq, ən yaxşı yığmanın ən yaxşı illəri məhz limitsizlik dövründə yetişlənlərin vaxtına təsadüf edib. FİFA reytinqindəki ən yüksək pillələrdəki ən yüksək yerlər, seçmə mərhələdəki ən yaxşı nəticələr... Əlbəttə, bunlar final mərhələsi yaşamış Gürcüstan, Albaniya və ya Avropaya oyunçu verən Özbəkistan və digərləri ilə müqayisəyə gəlmir. Amma dünənimizə, bugünümüzə baxanda, ən yaxşı illər Berti Foqtsla Robert Prosineçkinin baş məşqçiliyi illəri sayılır. Bu təkcə bu iki mütəxəssis deyil, həmin dövrdəki futbolçu nəsli ilə bağlıdır. Əvvəlki illərdən qalan təcrübəlilər, üstəlik limitsizlik dövründə inkişaf edən Maksim, Rauf, Əfran, Vaqif, Qara... Əbədi olan milliləşmə prosesi ilə bir iki xaricinin də qoşulduğu yığma heç vaxt olmadığı qədər xallar və qələbələr əldə edib.

Saxta limit
İndiki limitin ən ədalətsiz tərəfi futbolçuların vətəndaşlığının dəyişdirilməsinin təsiridir. Əksər komandalar elə cari mövsümdə də meydana Azərbaycan futboluna bağlılığı olmayan 11 oyunçu buraxa bilər. Hazırda hər komanda meydana 7 legioner buraxa bilir. 4 oyunçu isə yerli olmalıdır. Amma əksər klublarda milliləşən və ya vətəndaşlığını dəyişən, bir sözlə futbolumuza dəxili olmayan 4 və ya daha çox oyunçu var. Futbolçu yetişdirmək əvəzinə başqa ölkələrdəki hazır azərbaycanlıları gətirməyə meylli olan klublar ad-soyadı bizə bənzər cənubi rusiyalıları da yığmaqla limitdən yan qaça bilirlər. Əgər meydana çıxacaq 4 yerli futbolçu arasında Filip Ozobiç, Höccət Haqverdi, Şahrudin Məhəmmədliyev, Bədavi Hüseynov, Anatoli Nuriyev, Abdulax Xaybulaev, Rəhim Sadıxov və İldar Alekperov kimilər olacaqsa, limitə nə ehtiyac?

Vüqar Xeyrullayev
İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:261
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 04 Fevral 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see356

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see349

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see342

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see310

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see301

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see300

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see272

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see272

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see264

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see259

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see242

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see239

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see239

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see237

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see233

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see230

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see226

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see224

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see214

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri