Icma.az
close
up
RU
BRİCS: Alternativ inkişaf platforması TƏHLİL

BRİCS: Alternativ inkişaf platforması TƏHLİL

Icma.az, Azvision saytına istinadən bildirir.

Azərbaycanın BRİCS-ə daxil olmaq barədə müraciəti bəzi ölkələrdə və siyasi dairələrdə gözlənilməz addım kimi qiymətləndirilsə də əslində rəsmi Bakının bu addımı qlobal proseslərə strateji yanaşmanın məntiqi təzahürüdür. Bu baxımdan, BRİCS-ə üzv dövlətlərin beynəlxalq arenada mövqelərini, təşkilatın potensialını, onun mahiyyətini və məramlarını nəzərdən keçirmək, habelə bu qrumun Azərbaycanla münasibətlərinin hansı prizmadan əhəmiyyətli olduğunu nəzərdən keçirmək xüsusi maraq doğurur.
BRİCS-in təsisatı
2006-cı ilin iyununda Sankt Peterburq İqtisadi Forumunda 4 dövlətin - Braziliya, Rusiya, Hindistan və Çin maliyyə nazirlərinin iştirakı ilə təsis edilmiş BRİC-ə 2011-ci ilin fevralında Cənubi Afrika respubliukası da qoşulduqdan sonra təşkilata üzv ölkələrin baş hərflərindən ibarət BRİCS abbreviaturası yarandı. Bu ilin yanvarından yeni ölkələrin təşkilata daxil olması nəticəsində qurum BRİCS+ adlandırılsa da, rəsmi abbreviaturada dəyişiklik edilmədi.
Amma BRİCS abbreviaturası yalnız təşkilata daxil olan dövlətlərin adlarının baş hərfləri ilə bağlı deyil. Belə ki, hələ 2001-ci ilin noyabrında ilk dəfə analitik Cim O`Nill tərəfindən “Goldman Sachs” bankının analitik arayışında Building Better Global Ekonomic BRİCs (Daha Yaxşı Qlobal İqtisadiyyat qururuq) anlayışı təkilf edilib. Sözdəki hərflərin ardıcıllığı təkcə ahənginə görə yox, həm də ingilis transkripsiyasında “bricks” məfhumunun - “kərpic” sözünə çox oxşar olması ilə bağlıdır. Beləliklə, əsasən bu ölkələrin inkişafı hesabına qlobal iqtisadiyyatın gələcək artımına nail olunacağı vurğulanır.
BRİC/BRİCS abbreviaturası təkcə ingilis dilində yox, həm də Çində “kərpic” kimi oxunur (磚 - çjuan). Quruma üzv ölkələrin iqtisadiyyatı 2007-2010-cu illərdəki beynəlxalq maliyyə böhranından çıxdıqdan BRİC və BRİCS anlayışı hərfi mənada hərfi mənada “qızıl kərpicdən olan ölkələr” mənası kəsb etdi (砖国家, tsinçjuan guodzia).
Hazırda BRİKS öz sıralarında 9 ölkəni - Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini birləşdirən hökumətlərarası təşkilatdır.

Maraqlıdır ki, əslində hazırda ABŞ-nin və kollektiv Qərbin hegemonluq siyasətinə alternativ beynəlxalq gündəlik formalaşdıran BRİC-in Xarici İşlər nazirlərinin ilk görüşü 2006-cı ildə Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə məhz Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası zamanı keçirilib.
Mqəsədlər və hədəflər
Əvvəlcə investisiya imkanlarını müəyyən edən təşkilat 2009-cu ildən sonra hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasi aspektləri əlaqələndirən vahid geosiyasi blok kimi tanınır. Çünki birliyin yaradılmasının əsas məqsədləri qlobal böhranın nəticələri ilə mübarizə və iştirakçı ölkələrin daxili iqtisadiyyatlarına xarici bazardan təzyiqləri azaltmaq olsa da, dünyada sürətlə dəyişən geosiyasi reallıqlar BRİKS-in fəaliyyət diapozunun genişlənməsini şərtləndirdi.
Bununla belə, sərt strukturu, mənzil-qərargahı və nizamnaməsi olmayan BRİCS mahiyyət etibarı ilə əməkdaşlıq üçün qeyri-formal platformadır.
Hazırda təşkilatın müəyyənləşdirdiyi hədəfləri belə təsnif etmək olar.
- iştirakçı ölkələr arasında ticarət və investisiyaların artması;
- əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılması;
- yüksək texnologiyaların inkişafı və onların iqtisadi proseslərin ən geniş spektrində tətbiqi;
- mikro, kiçik və orta sahibkarlığın inkişafına diqqət yetirməklə BRİKS-ə üzv ölkələrin özəl biznes sektorunun dəstəklənməsi;
- infrastrukturun inkişafı və iqtisadi inteqrasiyanın təşviqi;
- yeni beynəlxalq maliyyə institutunun (Yeni İnkişaf Bankının) inkişafı;
- maliyyə şokları zamanı BRİKS üzvlərini dəstəkləmək üçün şərti valyuta ehtiyatları fondunun yaradılması;
- BMT və BVF (Beynəlxlq Valyuta Fondu) kimi qlobal idarəetmə institutlarında islahatların təşviq edilməsi;
- iştirakçı ölkələrin qlobal gündəliyin formalaşmasında daha fəal rol oynadığı çoxqütblü dünyanın yaradılması.
BRİCS-in iqtisadi-siyasi potensialı
Qarşıya qoyulan hədəflərə çatmaq üçün hazırda beynəlxalq iqtisadiyyatda və siyasətdə önəmli rol oynayan BRİCS çox böyük potensiala malikdir. Belə ki, bir sıra iqtisadi qurumların qiymətləndirmələrinə görə, cari ildə dünyanın Ümumdaxili məhsulunda birliyin payı 37,4% təşkil edəcəyi halda, Böyük Yeddilikdə bu göstərici 29,3% olacaq. Dünya ticarətində isə BRİCS ölkələri dövriyyənin 15%-nə nəzarət edirlər.
2022-ci ilə qədər BRİCS ölkələrinin qlobal enerji istehsalındakı payı 42%, bərpa olunan enerji sahəsində isə 43% olub. Təşkilatın əhatə etdiyi ümumi ərazinin sahəsi 45 milyon 726 min 508 kvadrat kilometr və ya Yer kürəsinin 26,7%-dir. BRİKS ölkələrində yaşayan əhalinin ümumi sayı isə təxminən 3,53 milyarddır ki, bu da dünya əhalisinin 43,5%-i deməkdir.

Son vaxtlar Qərbin inadkar dövlətlərə qarşı birtərəfli qaydada sərt sanksiyalar tətbiq etməsi və hətta Rusiyanın valyuta ehtiyatlarını dondurması BRİCS ölkələri arasında milli valyutalarda qarşılıqlı hesablaşmalar sayəsində beynəlxalq ödənişlərdə dolların payının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. Bu baxımdan, BRİCS ölkələrinin ABŞ dollarına alternativ olan yeni ehtiyat valyutanın yaradılması ideyasının çox ciddi şəkildə müzakirə edilməsi heç də təsadüfi deyil.
Hazırda inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlığı, qlobal problemlərin ümumi həlli yollarını tapmağı və heç bir gücün hökmranlıq etməyəcəyi çoxqütblü dünya nizamı formalaşdırmağı hədəfləyən BRİCS bir çox ölkələr üçün cəlbedici platformaya çevrilib. Bu mənada, kollketiv Qərbin və Qərb institutlarının hegemonluq iddiaları və müstəqil siyasət aparan dövlətlərə təzyiq cəhdləri BRİCS-ə dünyada, xüsusilə də Qlobal Cənubda marağı xeyli artırıb.
BRİCS-Azərbaycan: qarşılıqlı maraqlar

Bu kontekstdə qarşılıqlı səmərəlilik əsasında çoxtərəfli əməkdaşlıqda, regional və qlobal təhlükəsizliyin təminatında, habelə çoxqütblü dünya nizamının formalaşmasında və hegemonluq siyasətinin neytrallaşdırılmasında maraqlı olan Azərbaycanın BRİCS-ə üzlüklə bağlı müraciəti tam məntiqlidir.
İlk növbədə onu qeyd edək ki, Azərbaycan həm BRICS-də, həm də Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) aparıcı rol oynayan Rusiya və Çinlə strateji əməkdaşlıq əlaqələrinə malikdir. Hər iki ölkənin Cənubi Qafqazda, xüsusən də buradan keçəcək nəqliyyat marşrutlarına maraqlarını nəzərə alsaq onların Azərbaycanla BRİCS çərçivəsində əməkdaşlığının qarşılıqlı iqtisadi-siyasi dividendlərin səviyyəsini daha da yüksəldəcəyi heç bir şübhə doğurmur.
Bundan başqa böyük əmək və ticarət bazarının, habelə təbii resursların cəmləşdiyi ərazini əhatələyən BRİCS-in nəqliyyat, kommunikasiya və ticarət sahələrində əməkdaşlıqla bağlı Azərbaycan üçün geniş perspektivlər açılır.
Eyni zamanda BRİCS-in təsis etdiyi Yeni İnkişaf Bankının malik olduğu 100 milyard ABŞ dolları civarında ehtiyatlarından Azərbaycana sərmayələr yatırılması imkanı yaranır ki, bu da hazırda işğaldan azad edilmiş ərazilərimizin bərpasına və inkişafına öz töhfəsini verə bilər.
Sözsüz ki, BRİCS-ə üzvlük bizim üçün yalnız iqtisadi dividendlər baxımından yox, həm də geosiyasi maraqlar və təhlükəsizlik nöqteyi-nəzərindən çox maraqlıdır. Bu kontekstdə Azərbaycan yeni dünya nizamının formalaşması prosesində Avrasiya kimi hüdudsuz məkanla yanaşı, Afrika və Cənubi Amerika qitələrində önəmli müttəfiqlər qazanacaq.
Lakin BRİCS-ə üzvlük təkcə Azərbaycan üçün yox, həm də təşkilata daxil olan dövlətlər üçün də qarşılıqlı iqtisadi-siyasi dividendlər vəd edir. Burada əsas perspektivlərdən biri təşkilatın Azərbaycanın iştirakı ilə həyata keçirilən nəqliyyat marşrutlarına çıxış almaq imkanı qazanmasıdır.
Bu məsələdə ən maraqlı məqamlardan biri Azərbaycanın BRİCS-ə daxil olmaqla bağlı müraciətinə təşkilatın artıq bu ilin oktyabrında Kazanda keçiriləcək sammitində baxılacağına verilən vəddir.

Əslində belə çeviklik bütün parametrlər üzrə Cənubi Qafqazın üzrə lideri, habelə təhlükəsizliyin qarantı olan Azərbaycanın beynəlxalq arenada nüfuzunun güclənməsinə verilən qiymətin inikasıdır. Bu nüfuz isə ilk növbədə Azərbaycanın indiyədək öz üzərinə götürdüyü bütün öhdəliklərə sadiq qalması ilə qazanılıb. Həm də ona görə ki, bəzi ölkələrdən fərqli olaraq Azərbaycan üçüncü tərəfə qarşı yönəlmiş iqtisadi və ya hərbi-siyasi bloklara daxil olmağa can atmır.
Sahil İsgəndərov, politoloq
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://azvision.az
archiveBu xəbər 04 Noyabr 2024 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see479

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see368

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see316

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see304

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see267

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see263

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see258

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see258

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see248

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see238

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see233

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see229

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see225

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see220

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see213

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see211

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see202

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see201

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see198

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri