17 ildir itkin düşən və öldüyü güman edilən şəxs dağlarda tapıldı
Icma.az, Lent az portalına istinadən məlumat yayır.
17 il əvvəl Bolqarıstanın ən çox axtarılanlar siyahısına daxil edilmiş və 12 ildir ölü olduğu güman edilən bir kişi ölkənin cənub-qərb hissəsindəki Pirin dağlarında üzə çıxıb.
Lent.az xəbər verir ki, Bolqarıstandakı Pirin Milli Parkı idarəsinin rəsmiləri tərəfindən aparılan müntəzəm yoxlama zamanı icazəsiz düşərgə qurduğu müəyyən edilmiş bir nəfər aşkar edilib.
Məlumata görə, şübhəlinin şəxsiyyətini yoxlamağa çalışarkən aqressiv davranış nümayiş etdirdiyi üçün əraziyə polis çağırılıb.
Daha sonra şəxsiyyətini təsdiq edən sənədləri olmayan kişi polis tərəfindən Bansko Rayon Polis İdarəsinə aparılıb.
Aparılan araşdırma nəticəsində məlum olub ki, sözügedən şəxs 2008-ci ildə milli və beynəlxalq axtarışa verilib və 2013-cü ildə tapılmadığı üçün məhkəmə tərəfindən ölü elan edilib.
"Rus əsilli olduğu müəyyən edilən bu şəxs illərdir dağlarda tənha yaşayıb. Park rəsmiləri sayəsində indi onun kimliyi müəyyən edilib", - milli parkın direktoru deyib.
Baxış sayı:35
Bu xəbər 03 Noyabr 2025 07:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















